Planetimizdə canlı varlıqların əksəriyyətində dişlər var. Canlıların
dişlərinin forması onların otyeyən, ətyeyən, yırtıcı və ya qeyri-yırtıcı
olmalarından, həmiçinin həyat tərzindən aslı olaraq dəyişirlər və bu da
onların yedikləri qidaya maksimum uyğunlaşmasını təmin edir.
Amma mənşəcə bütün canlıların dişlərinin təkamülü eynidir. Qəribə də
səslənsə bizim dişlərimiz təkamülə uğramış balıq pulcuqlarından əmələ
gəlmişdir.
Yüz milyon il əvvəl qədim balıqlar qidanı tutmaq və parçalamaq üçün çənə
nahiyyəsində yerləşən bərk pulcuqlardan istifadə etmişdir. Daha sonra
bu pulcuqlar daha dəyərli dişlərə dəyişildi. Bununla da balıq pulcuqları
ilə dişlər arasında əlaqə olduğu güman olunur. Dişlərin kökləri çənənin xüsusi dərinlikləri olan alveolalarda yerləşir.
Diş tacı bərk minayla örtülmüş və dişin diş əti üzərinə çıxan hissəsidir.
Diş boyunu isə diş tacı və kökünü bir birindən ayıran hissəsidir və diş ətinin kənarının altında yerləşir
Körpə
uşaqlar adətən dişsiz doğulur, hərçənd onların dişlərinin rudimentləri
rüşeym dövrünün birinci rübündən başlayır. Artıq doğulduqdan 5-6 ay
sonra onlarda dişlər yarmağa başlayır və 2 yaşında sağlam uşağın artıq
20 ədəd süd dişləri olur.
Amma süd dişlərinin altında artıq onların daimi dişlərlə əvəz olunmasına
hazırlıqlar gedir. Bunların tam bir-birini əvəz edib başa çatması 6-12
yaş arasında olur. Bundan başqa, 25 yaşdan sonra böyüklərin hər iki alt
və üst çənələrində üç köklü ağıl dişləri inkişaf etməyə başlayır.
Beləliklə böyüklər tam olaraq 32 dişə sahib olmuş olurlar.İnsan
rasionunun xüsusiyyətlərindən biri də herşeyi yeməkdir. Buna uyğun
olaraq da dişləri öz quruluşlarına uyğun olaraq bir neçə hissəyə bölmək
olar:
kəsici dişlər (qabaq dişlər), köpək dişlər, kiçik azı dişləri və böyük azı dişləri.
Bu 4 tip dişlər hər biri də öz forma və təyinatlarına görə bir-birindən fərqlənirlər.
Belə ki, kəsici dişlər qidanı kəsmək və ya bölmək üçün, köpək dişləri
parçalamaq və ya qırmaq üçün, kiçik azı dişləri xırdalama üçün, böyük
azı dişləri isə qidanı daha da narın hala gətirmək üçün nəzərdə tutulub.
Beləliklə göründüyü kimi bizim dişlərimiz təkamül posesində bir çox
dəyişikliklərə məruz qalmışdır və bəlkə də bizim ibtidai əcdadlarımızda
dişlər tam başqa forma və düzümlərlə sıralanmışdır və ya, bəlkə də onlar
heç olmayıblar.