Yanaq əməliyyatı nədir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 146
Səs ver:
(səs: 1)
Yumru və dolğun yanaqların əməliyyatı haqqında Üz və Boyun Cərrahiyyəsi mütəxəssisi Ziya Saylanın fikirlərini təqdim edirik.

Əvvəlki "ay üzlü gözəl" dövrü artıq bitib. Müasir zamanda gözəl üz dedikdə, oval və almacıq sümükləri böyük olan üz ağıla gəlmir. Amma artıq yumru və dolğun yanaqlı üzü də sadə bir əməliyyatla ovallaşdırmaq mümkündür.
Belə ki, yumru yanaqları içə doğru çökdürmək üçün ağız içindən yanaq toxuması çıxardılır. Bu əməliyyat əsasən Uzaq Şərqdə çox yayılıb.
Bəzən qarşımızdakı insanın yanağının ona xüsusi şirinlik verdiyini düşünürük. Dolğun yanaqlı insanlara, xüsusən, Koreya, Yaponiya və Çində daha çox rast gəlinir. Yanaqdakı yağ yığıntısının  artıq çəki ilə heç bir əlaqəsi yoxdur. Arıq insanlarda da bu cür yanaqlar ola bilər. Uşaqlar süd əmən zaman bu yağlar ağızda toplaşır və təbii vakum səbəbindən böyüyür. Buna görə, uzun zaman süd əmən uşaqların yanaqlarının daha dolğun olması faktı inandırıcıdır.
 
Yaponiya və Çində ən çox edilən əməliyyat yanaq əməliyyatıdır.
 
Kütləvi olaraq dolğun yanaqlıların rast gəlindiyi Uzaq Şərqdə bu əməliyyat daha çox edilir. Avropada yaşayan uzaq şərqlilər yanaq əməliyyatını Almaniyanın Düsseldolf şəhərində etdirirlər.
 
İnsan bədənində ən asan çıxarılan bilən yağ yanaqda yerləşir.
 
Ac olarkən bədəndə əvvəlcə yanaqlardakı yağ əriyir. Buna görə də pəhriz  saxlayan və acından ölən insanların üzündəki bu bölgələr içəri çökür və boşluq kimi görünür. Əməliyyat zamanı yağ yığını yanağın içindən açılan kəsikdən yanağı sıxaraq bayıra çıxarılır və qayçı ilə kəsilərək götürülür. Çıxan yağın böyüklüyü 3-4 kub santimetrə qədərdir. Yəni ki, təxmini iki fındıq böyüklüyündə. Yanaqdan yağ çıxarma əməliyyatından sonra həssaslaşan bölgədə şişmə meydana gələ bilər. Yanaq əməliyyatından bir həftə sonra üzün görünüşü dəyişir, almacıq sümükləri daha irəliyə doğru gəlir və daha böyük görünür.
Ağzınızı bir neçə gün antiseptik mayelərlə yaxalasanız sağalacaqsınız. Xəstənin istəyindən asılı olaraq ona damar yolu ilə sedasion tətbiq edilə bilər.  Qeyd etmək lazımdır ki, bu yağ əmmə (liposuction) üsulu deyil. Bu əməliyyat sayəsində yağ birbaşa çıxarılır. Buna görə də travma az olur və yanağın içəri hissəsi tez sağalır.
Yanaq əməliyyatı zamanı həmin hissədə olan bütün yağ toxuması çıxarılmamalıdır. Əməliyyat uğursuz olarsa, bölgəyə yenidən yağ toxuması daxil etmək zərurəti yaranar. Buna görə də yağın bir hissəsini içəridə qoymaq lazımdır ki, üzdə çuxur yaranmasın. Üzündə çuxur olan insan xəstə təəssüratı yaradır.
Güzgü qarşısında duran zaman yanaqlarınızı  içəriyə doğru çəkin. Bu görünüş əməliyyatdan sonrakı görünüşünüz olacaq. Yanaq əməliyyatının ən böyük faydası almacıq sümüklərinin daha böyük görünməsidir. 
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 3 146
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri