Üz və boyun gərmə əməliyyatı

Müəllif: Catwoman666
Şərhlər: 6
Baxılıb: 2 887
Səs ver:
(səs: 1)
Üz və boyun gərmə əməliyyatı üz xəttləri boşalmış və yerin cazibə səbəbi ilə sallanmış olan dərinin alınıb daha gənc və canlı bir görünüş əldə edilməsinə yönəlmişdir. Yaşlanmanı dayandırma kimi bir təsiri olmadığı halda dəriyə daha gənc bir görünüş təmin edər.

Üz və boyun gərmə əməliyyatı necə aparılır?
Yaşlanma və yer cazibəsinin təsiri ilə bollaşan və sallanan dəri uyğun yerlərdən kəsilir və üzün yan tərəflərindən arxaya və yuxarı doğru çəkilər. Artıq olan dəri qisimləri çıxarılır və dəri dikilir.

Üz və boyun gərmə əməliyyatı sonrası çapıq (yara izi) qalarmı?
Əməliyyat sonrası üzün bəzi hissələrində görünən incəcik bir çapıq meydana gələ bilər. Bu çapıq saçlı dəri içindən başlayır, qulaq bölgəsində qulaq önünə keçər və sonra təkrar saçlı dəri içinə girər. Qulaq önü, izin görülən tək sahədir. Buna görə bu bölgənin tikilişi zamanı çox incə iplik istifadə olunur.

Üz və boyun gərmə əməliyyatından sonra nə zaman normal həyata dönmək mümkündür?
Ümumi müşahidələr göstərir ki, xəstələrin əksəriyyəti əməliyyatdan 2-3 həftə sonra işlərinə rahat dönə bilirlər.Olan bənövşəyilik və şişliklər bu müddət içində yaxşılaşacaq. Əhəmiyyətli görüşlərin 4-8 həftə sonraya alınması tövsiyə edilir.

Üz və boyun gərmə əməliyyatı başqa əməliyyatlarla birlikdə oluna bilərmi?
Bu əməliyyat tək başına edildiyi kimi başqa əməliyyatlarıa da birləşdirilə bilər. Ümumiyyətlə seçilən əməliyyatlar: alın gərmə, göz qapağı əməliyyatı və burun estetiki əməliyyatıdır.

Üz və boyun gərmə əməliyyatı kimlərə uyğundur?
Üzdəki sallanan dəridən narahat olan hər kəs bu əməliyyat üçün uyğundur. Ümumiyyətlə 60 yaş üstü pasiyentlər bu əməliyyatı seçirlər. Üz dərisi elastik və sümükləri güclü olan pasiyentlər daha uyğun namizəddir. Hər nə qədər adama yeni, sağlam və diri bir görünüş təmin etsə də dəri zaman içərisində yenə yer çəkilişi ilə sallanmağa başlayacaqdır.

Üz və boyun gərmə əməliyyatında meydana gələ biləcək fəsadlar nədir?
Hər insanın, xüsusilə yaşlı xəstələrin yaxşılaşma sürətləri və fiziki reaksiyaları eyni şəkildə inkişaf etməz. Dəri altında qan toplanması, üz əzələlərində müvəqqəti zərərlər, infeksiya kimi vəziyyətlər ilə qarşılaşıla bilərik. Siqaret çəkən xəstələrdə yaxşılaşma müddəti yavaşlayacaqdır və siqaretin buraxılması məsləhətdir.

Üz və boyun gərmə əməliyyatı nə qədər davam edir?
Əgər bu əməliyyat başqa bir əməliyyat ilə kombinə edilməyəcək isə, 3 saat davam edə bilər.

Hansı anesteziya tətbiq olunur?
Üz və boyun gərmə əməliyyatı ümumi anestezi altında həyata keçirilir.

Üz və boyun gərmə əməliyyatı sonrası nələr olacaq?
Əməliyyat sonrası meydana gələ biləcək ağrılar üçün həkim ağrı kəsici təklif edə bilər. Üz dərisi ilk zamanlarda hissiz və şişli ola bilər. Bu vəziyyət göyərmələr ilə birlikdə bir neçə həftədə normala dönəcək. Əməliyyat sonrası 5ci gün tikişlərin bir qisimi alınır. Saçlı dəridə yaxşılaşma bir az daha uzun müddət ola bilər.

Üz və boyun gərmə əməliyyatının təkrarlanması lazımdırmi?
Xəstələrin əksəriyyəti tək əməliyyat ilə istədikləri üz gərginliyinə çatdıqları üçün ikinci bir əməliyyata ehtiyac duymazlar. Amma həkim ilə məsləhətləşərək dərinin yaşlanma sürətinə görə bəlkə 5-10 il içində ikinci əməliyyat uyğun görülə bilər.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 887
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri