Estetik cərrahiyyədə yeni üsul: batıq yanaqlar

Müəllif: Fialka
Şərhlər: 10
Baxılıb: 3 310
Səs ver:
(səs: 3)
Tibbin, xüsusən də estetik cərrahiyyənin inkişafı qadınları daha çox sevindirir. Çünki estetik cərrahiyyə sayəsində qadınlar qüsurlardan xilas ola, arzuladıqları görünüşə nail ola bilirlər. Pulu və cəsarəti olan hər kəsin bədənində istədiyi dəyişikliyi etmək imkanı var.

Estetik müdaxilələr nəticəsində böyük burundan, qırışlardan xilas olmaq, dodaqları böyütmək, saç əkdirmək, qaşları permanent üsulu ilə qalınlaşdırmaq, bir sözlə, üzü tamamilə dəyişdirmək mümkündür.

Son illərdə daha bir estetik cərrahiyyə üsulu inkişaf etdirilib. Bu üsul batıq yanaq estetik əməliyyatı adlanır. Estetik cərrahların proqnozlarına görə, cərrahiyyə üsulu ilə yanaqlarda batıq düzəltmək qızlar arasında tezliklə dəbə minəcək. Bunun səbəbi isə yanaqda batıqların qızları çox şirin və cazibədar göstərməsidir.

Estetik və Plastik Cərrahiyyə üzrə mütəxəssis Aysun Bölükbaşı Mamak bildirib ki, qızları cazibədar və şirin göstərən batıq yanaqlara sahib olmaq elə də çətin deyil. Belə ki, bu əməliyyat 15 dəqiqəyə aparılır. Batıq yaratmaq əməliyyatının kiçik və ağrısız bir proses olduğunu qeyd edən mütəxəssis üzdə batıqların yaradılması üçün yanaq dərisi altındakı bir miqdar toxumanın çıxarıldığını deyib.

Mütəxəssis Aysun Bölükbaşı Mamakın sözlərinə görə, batıq yanaq əməliyyatına daha çox qızlar maraq göstərirlər. Amma kişilər də bu əməliyyata biganə qalmırlar. Belə ki, kişilər batıqların yanaqlarında deyil, çənələrində olması üçün həkimlərə müraciət edirlər. Ona görə də yeni üsulla həm qadınlar, həm də kişilər öz arzularını reallaşdıra biləcəklər.

Aysun Bölükbaşı Mamak onu da vurğulayıb ki, yanaq və çənədə batıqları olanlar bəzi cəmiyyətlərdə şanslı   hesab olunur.
(səs: 3)
Şərhlər: 10
Baxılıb: 3 310
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri