Saç əkimindən 10 xəbər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 618
Səs ver:
(səs: 1)
Tökülmüş saçların yeganə bərpa yolu olub, tüklərin daha sıx olan hissəsindən-ənsə nahiyyəsi və iki qulaqarası hissəsindən seyrəlmiş hissəyə transferi olaraq bilinir. Eyni seansda 10.000-15.000 saç telini son texnologiya ilə əkmək mümkündür.

FUE metodu ilə saç əkimi ən çox istifadə olunan saç əkimi metodudur. Bu lokal anasteziya altında saçlı toxuma alınmadan, kəsik, tikiş izi olmadan saç köklərinin tək-tək alınması və əkimi prossesidir. Bu metodla əkilən saçlar çox qısa müddətdə çıxmaya başlar və heç tökülməzlər.

Kimlər saç əkdirə bilər?
Müxtəlif tipli, xüsusilə kişi tipli saç tökülməsi olan istənilən insana saç əkimi əməliyyatı aparıla bilər. Bu

əməliyyatda yaş məhdudiyyəti qoyulmur. Ən sıx rastlanan yaş qrupu 25-50 yaş olsa da, ən aşağı yaş həddi 20 yaş olmaqla 70-77 yaşa qədər olan insanlarda saç əkimi aparıla bilər. Həm kişilərdə, həm də qadınlarda bu əməliyyat yaşından asılı olmayaraq uğurlu nəticələr verir.

Saç əkimi harada və kimlər tərəfindən aparılır?
Saç əkimi cərrahi əməliyyatdır və bu əməliyatın plastik-estetik cərrahlar tərəfindən aparılması vacibdir. Əməliyyat plastik cərrahın nəzarəti altında bu sahədə təcrübəsi olan insanlarla qrup şəklində həyata keçirilir.

Saç əkimi əməliyyatı əməliyyatxanada tam sterilliyə riayət etməklə aparılır.

Saç əkimi hansı üsulla aparılır?
Saç əkimində 2 üsul var : FUE və FUT metodları.

FUT metod demək olar ki, artıq istifadə olunmur.
FUE texnikası daha çox istifadə olunur, bu metodla daha təbii saçlar əldə etmək olur .

Saç əkimindən sonra əkilən saçlarda tökülmə olurmu?
Saç əkimində genetik baxımından tökülməyə daha dayanıqlı olan hissədən-ənsə nahiyyəsi və iki qulaqarası sahədəki tük köklərindən istifadə olunur. Buna görə də dolayısıyla əkilən saçlar tökülməyə daha dayanıqlı olur və tökülmürlər.

Saç əkimi əməliyyatı neçə saat davam edir?
Estetik Cərrah Taha Mehmetoğlu
Saç əkimi əməliyyatı 4-8 saat davam edən əməliyyatdır. Bu əkim aparılacaq açıq sahədən və əkiləcək tük sayından da asılıdır. 2 gün ərzində öz sosial həyatınıza dönə bilərsiz.

Əgər əməliyyat qərarı vermiş insan bu əməliyatı çevrəsindəkilərdən gizli saxlamaq istəyirsə, bu onun toplam 10-15 gününü alacaq.

Neçə müddətdən sonra yeni saçlar çıxmağa başlayır?
Əməliyyat sonrasında əkim aparılan bölgədə qırmızı qabıqlanmalar olur. Əkimdən sonra gündə 1dəfə olmaqla 7-10 gün ərzində saçların yuyulması proseduru aparılır. Bununla da qabıqlar tökülür və yara sahəsində yaxşılaşma mərhələsi başlayır. Qabıqlarla bərabər əkilə saçlar da tökülür. Bununla da 15 günlə 1 ay arasında saçları görüntüsü əvvəlki vəziyyətinə qayıtmış olur. Yeni saçlar 3 ay sonra yavaş yavaş çıxmağa başlayır. Xəstədə nəzərə çarpan dəyişiklik 5-6 cı aylardan başlar. 9-cu aydan əkilən saçların 90%-ə qədər çıxmış olacaq.

Qalan 10% -i ilk birinci ilin sonuna qədər çıxmağa davam edər. Əkimin nəticəsini 1-ci ilin sonunda görə bilərik.

Saç əkiminin hər hansı əks göstərişi və ya yan təsiri varmı?
Saç əkimi sonrası sağlamlığa mənfi təsir edə biləcək hər hansı ağırlaşma qeydə alınmamşdı. Əməliyyat yerli anesteziya ilə aparıldığından, son dərəcə risksiz bir əməliyyatıdır.

Onkoloji xəstəlikdən əziyyət çəkən insanlar istisna olmaqla bütün saç tökülməsi problemi olan insanlarda bu əməliyyat aparıla bilər.

Saç əkimini neçə seans aparmaq olar?
Saç əkimini bir seansda tamamlamaq mümkündür. Bu əkim aparılacaq sahənin böyüklüyündən və saç tökülməsinin davam edib-etməməsindən asılıdır. Buna

Saç əkimində təbii görüntünü necə əldə etmək olar?
Saç əkimində daha təbii görüntü almaq üçün bəzi faktorlar çox vacibdir. Bunun üçün əkim aparılacaq insanın simasına uyğun ön çizginin müəyyənləşməsi, əkiləcək bölgədə saç sıxlığının təyin olunması və təbii saç görüntüsü əldə etmək üçün gərəkli olan saç miqdarının hesablanmasıdır.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 618
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri