Mimikalarla qırışların qarşısını alın

Müəllif: Catwoman666
Şərhlər: 4
Baxılıb: 2 237
Səs ver:
(səs: 2)
Üzdəki qan dövranını artırmağın ən yaxşı yolu mimika məşqləridir. Bu məşqləri intizamlı və səbirli bir şəkildə tətbiq etsəniz qırışıqlıqları qarşısını alarsız!

Əvvəlcə dərinizin gec yaşlanmasını istəyirsinizsə, etməniz lazım olan ilk şey nəmli tutmaq və dəri təmizliyinə diqqət etmək. İkincisi isə qan dövranının sürətli olmasıdır. Əgər qan dövranı sürətli olmazsa dəridəki qırışıqlıqlar artıcaq, dəri nəfəs və sağlamsız görünəcək. Üzdəki qan dövranını artırmağın ən yaxşı yolu mimika məşqləridir.

YORĞUN GÖZLƏRƏ TƏTBİQ OLUNACAQ MƏŞQ
Gözlərinizi sonuna qədər açın və qısa bir müddət gözləyin. Əgər göz qapaqlarınızda da sallanmalar varsa göz ətrafınızdakı əzələləridə sıxın.

ALINA TƏTBİQ OLUNACAQ MƏŞQ
Barmaqlarınızı qaşlarınızın üzərinə yerləşdirib aşağıya doğru itələyin, təyziq edin və qaş əzələlərinizlə qısa bir müddət etiraz edin.

DODAQ KƏNARLARINA TƏTBİQ OLUNACAQ MƏŞQ
Dodaqlarınızı dişlərinizlə sıxın və ağızınızın yan qisimində olan əzələləri yuxarı doğru hərəkət etdirin. Bu məşq üst dodaq üzərindəki qırışıqlıqların da meydana gəlməsinə mane olar.

YANAQLARA TƏTBİQ OLUNACAQ MƏŞQ
Barmaqlarınızı yanaqlarınızın üzərinə qoyaraq gülümsəyin. Dodaqlarınızı uc qisimini ola bildiyincə yuxarı çəkin.

GÖZ ƏTRAFINA TƏTBİQ OLUNACAQ MƏŞQ
Barmaqlarınızı gözlərinin yanlarına qoyaraq gərin və gözlərin yarıya qədər bağlayın. Daha sonra göz ətrafındakı əzələləri sıxın və buraxın.

NİZAMLI OLARAQ TƏTBİQ EDİN
Mimika hərəkətlərini təmin edən əzələlərin davamlı sıxılıb - boşalması nəticəsində dəri elastikliyini itirər və dərin izlər ortaya çıxar. Üzdəki əzələlər bədəndəki digər əzələlər kimi deyil, üz ifadələrindəki dəyişikliklər xaricində işləməzlər, beləcə zəifləyərlər. Bu zəifləmə nəticəsində dəridə sallanmalar meydana gəlir. Günün müəyyən saatlarında bu məşqləri tətbiq edərək müsbət nəticələndirər ala bilərsiniz. Amma ən əhəmiyyətlisi gülümsəməyi üzünüzdən əskik etməyin.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 237
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri