Alındakı qırışlarını yox edən maskalar

Müəllif: Catwoman666
Şərhlər: 4
Baxılıb: 2 528
Səs ver:
(səs: 2)
Qırışlar yaşlı qadınların "qisməti" deyil, qırışlar hətta 25 yaşlı cavan qadında əmələ gələ bilər.
Bunun səbəbləri çoxdur - mimikadan həddən artıq istifadəsi, üz quruluşunun xüsusiyyətləri, irsiyyət, üz dərisinə düzgün olmayan qulluq.

Alında olan qırışlar qadının üzünü daha yaşlı və yorğun göstərir. Bu qırışları yox etmək üçün müxtəlif üsullar mövcuddur: botoks inyeksiyaları, cərrahi üsullar. Lakin bu üsullardan bütün qadınlar istifadə etmir.
Bəzi çox sadə vasitələr bu qırışları yox etməyə və ya daha az görünən etməyə kömək edə bilər.

- 1yumurtanın ağını yaxşı çalın, 1 çay qaşığı duz, 1 çay qaşığı limon şirəsi əlavə edin, qarışdırın. Üz dərisini yaxşı təmizləyin (skrabla istifadə edin) və maskanı alın nəhiyəsinə çəkib 20 dəqiqə gözləyin. Sonra maskanı yuyun və adətən istifadə etdiyiniz krem çəkin. Bu maskanı həftədə 2 dəfə etmək lazımdır.

- Üz dərisini skrabla yaxşı təmizləyin. Kosmetik mumu su hamamında əridin. Muma pambıq parça batırın və alnınıza qoyun. Dəriyə əvvəlcədən ərik, badam yağı çəkin. Parça bərkiyəndən sonra kompresi götürün. Belə kompresləri həftədə 2-3 dəfə etmək olar.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 528
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri