Saç mezoterapiyası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 4 589
Səs ver:
(səs: 1)
Mezoterapiya dərinin orta təbəqələrinə tətbiq olunan bir müalicə üsuludur. Saç mezoterapiyası saçın ehtiyac duyduğu vitamin, mineral və proteinlərin saçlı dəri içinə çox incə iynələrlə inyeksiya edilməsidir. Saç mezoterapiyası tük köklərini bəsləyən vitaminlərin, antioksidantların və qan dolaşımını artıran dərmanların özəl iynələr vasitesiylə tük köklərinə verilməsinə əsaslanır. Mezoterapiya yararlı maddələri bilavasitə əlaqədar toxumaların ətrafına verən bir tibbi prosedurdur. Nəticələr ürəkaçan və qalıcıdır. Kiçik dozalarla dəri içinə inyeksiyalar edilir. Dermis qatına tətbiq olunan bu inyeksiya hüceyrə metobolizmini aktivləşdirir və toxumaları canlandırmaq üçün baza yaradır. Mövcud saçlar daha sağlam görünüş əldə edir. Seans 2 həftədən bir təkrarlanır. 6-10 seansdan sonra tökülmə tam dayanmış olur.
Saç mezoterapiyası həm qadına həm kişiyə tətbiq oluna bilər. Mezoterapiyadan fayda görən saç tökülmələri: stresə bağlı, fəsillə əlaqəli, metobolik və hamiləlik sonrası ani saç tökülmələri olaraq sıralanana bilər. Xüsusən tük kökündə kiçilmə görülən, tükün əmələ gəlmə və böyümə dövründə qısalmasının müşahidə edildiyi "androgenik alopesiyada (kişi tipli saç tökülməsi)” tətbiq olunması faydalıdır. Hormonal və genetik saç tökülmələrində yardımçı müalicə kimi seçilə bilər. Bilavasitə yerli tətbiq olunduğu üçün fəsad riski olduqca azdır, təsiri isə qısa müddətə özünü göstərir. Saç mezoterapiyasını özəl bir baş masajıyla bərabər etmək lazımdır. Mezoterapiyadan sonra saçları yumaq, islatmaq, hər hansı bir dərman sürtmək olmaz.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 4 589
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri