Bud estetikası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 477
Səs ver:
(səs: 0)
Budun iç səthi bölgəsəl yağlanmanın ən sıx göründüyü sahədir. Dieta və idman etməyimizə baxmayaraq çox vaxt bu yağlar müqavimətli olur və ərimirlər. Beləki bir çox xanımlarda budun iç səthində yağların miqdarının artması nəticəsində dəri sürtünmələri, bişməcələr və bunların yaratdığı narahatlıqolur. Eyni zamanda kökəlib arıqlamaqla əlaqədar və ya yaşın artmasına bağlı budun iç səthinin dəri sallanmalarıda diskomfort mənbəyi ola bilir. Budun iç səthinin dartılması əməliyyatı ilə bu problemlərdən qurtulmaq mümkündür. Bu əməliyyatı 18 yaşını tamamlamış hər xanımda icraetmək olar.  Amma əgər çəki itirməyiniz davam edirsə, o zaman ideal kilonuza çatdıqdan sonra əməliyyatın icra olunması nəticəni daha da qaneedici edəcəkdir.
Müayinə zamanı budun iç səthinin probleminin dəri və ya piylə əlaqədar olduğu müəyyənləşdirilir. Əgər problem yağların miqdarının artıq olmasına bağlıdırsa liposaksiya əməliyyatı məsləhət görülür, əgər problem artıq dəridirsə, o zaman artıq dərinin kəsilib çıxarılması - bud gərmə əməliyyatının icrası daha düzgündür.
Əməliyyatın məqsədi budun iç səthində toplanmış artıq yağ və dərini kənarlaşdıraraq daha sıx, daha incə və daha gözəl bud konturu əldə etməkdir.
Əməliyyat pasientin tam yatdığı ümumi anesteziya altında həyata keçirilir. Ortalama 2 saat davam edir. Bu zaman budun iç səthi iləgenital bölgə arasında, təbii büküş nahiyəsində çəp istiqamətdə kəsik aparılır. Bu kəsik budun iç səthində olan artıq dərini yığmağa xidmət edir. Eyni zamanda budun ön və bayır səthində, dizin iç səthində artıq yağlar varsa bunlarında liposaksiya ilə çıxarılması mümkündür. Əməliyyatın sonunda sizə yara yerini fiksasiya etmək məqsədi ilə korset geyindirilir. Ayaqların daha gözəl şəkil alması üçün bu korsetin 1 ay taxılması vacibdir. 1 gün xəstəxanada qalıb, ertəsi gün rahatlıqla evə gedə bilərsiniz.  7-10 gün ayaqlarınızda gərginlik və həssaslıq olacaqdır. 10 gün sonra iş həyatınıza geri dönə bilərsiniz.

Günel Bayramlı
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 477
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri