Qulaq estetikası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 555
Səs ver:
(səs: 0)
Qulaq estetikası dedikdə, ağıla ilk gələn şəlpə qulaqlıq olsada, əslində qulaqda şəlpəliklə bərabər başqa problemlərdə ola bilər: Qulaq məməsi böyük ola bilər, sallaq ola bilər, qulaq dəliyi cırılmış ola bilər və s. 
Qulağın başdan uzaqlığı və qıvrımlarının qalınlığı insandan insana dəyişir. Qulaqın başdan uzaqlığının çox olması və qıvrımlarının açıq olması şəlpə qulaqlıq adlanır. Tibbi tərəfdən heç bir problem yaratmayan bu vəziyyət, həm böyüklərdə, həmdə  uşaqlarda  psixoloji travmaya səbəb olur.
Konsultasiya:
Qulaq estetik əməliyyatı qulağa yenidən şəkil vermək üçün aparılan əməliyyatdır. 6 yaşda qulağın inkişafının çox hissəsi tamamlandığı üçün, düzəltmə işləri bu yaşdan etibarən aparılır. 6 yaşda bu əməliyyatın icra olmasının üstünlüyü ondan ibarətdir ki, məktəb dövründə uşağın yaşayacağı psixoloji travmadan onu qoruyaq. Əgər uşaq yaşlarında düzəltmə işləri aparılmayıbsa, böyük yaşlarda da rahatlıqla bu əməliyyat icra oluna bilər. Əməliyyat qulaq arxasından aparılan gizli kəsikdən həyata keçirilir. Qulaq şəkilləndirilərək, qulaqla baş arasındakı məsafə düzəldilir.
Məlumat:
Əməliyyat həm anesteziya altında, həmdə yerli keyitmə ilə icra oluna bilər. Uşaqlarda adətən anesteziya altında aparılır, böyüklərdə isə rahatlıqla yerli keyitmə altında icra olunur. Ortalama 1 saat çəkir. Eyni gün evə gedəcəksiniz. Qulağın üzərində olan sarğı 2 gün sonra açılacaq. Ağrılarınızı azaltmaq məqsədi ilə sizə ağrıkəsicilər veriləcək. 2 gün sonra başdakı sarğınız açılacaq. Daha sonra, qulağı arxaya doğru sıxan tenisçilərin geyindiyi saç bantı veriləcək. Bunu 2 həftə taxmağınız məsləhətdir. 2 gün sonra normal iş həyatınıza geri dönə bilərsiniz. Qulaqda olan şişlərə bağlı qulaq qıvrımlarında qalınlaşma olacaq. Bu hal keçicidir. Bir ay qulağı travmadan, günəş işiğından qorumaq lazımdır. Əməliyyatdan sonra 1-2 həftə qulaq üzərində yatmaq olmaz. 1 ay sonra idmana başlaya bilərsiniz. Bu cərrahi müdaxilənin başqa alternativi yoxdur. Şəlpə qulaqlıq ancaq əməliyyat ilə düzəldilə bilər və nəticəsi ömürlükdür.
Əgər qulaq məməsində də cərrahi müdaxilə aparmalıyıqsa, o zaman qulaq məməsinin arxasından kəsik apararaq istədiyimiz şəkli verdikdən sonra əriyən tikişlərlə əməliyyat sonlandırılır.
Qeyd: Hər əməliyyatda olduğu kimi, bu əməliyyatında ağırlaşmaları ola bilər. Bunlara qanama, infeksiyalaşma, yara sağalmasında gecikmə və s. aiddir. Həkiminizin məsləhətlərinə ciddi şəkildə əməl etsəniz ağırlaşmaların baş vermə ehtimalı minimaldır. Əvvəl, qulaqda hissiyyatsızlıq olacaq, amma zamanla düzələcək. Xəstələrimizin çoxusunda qarşılaşmasaq da ağırlaşmalar haqqında  bilməyiniz məsləhətdir.

Günel Bayramlı
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 555
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri