Göz qapağı estetikası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 685
Səs ver:
(səs: 0)
Canlı, parlaq və dinamik baxışlar üzümüzdəki gənc ifadənin əsas göstəricisidir. Çox rahat və gözəl yuxudan sonra hələdə yorğun, şiş və torbalanmış gözlərə sahibsəniz, deməli göz qapağı estetik əməliyyatına ehtiyacınız var. Üst göz qapağında olan sallanmış dəri, alt göz qapağında olan torbalar insanı yorğun və olduğundan daha qoca görsədir.

Konsultasiya
:
Blefaroplastika, altda yerləşən yağ toxuması ilə bərabər alt və üst göz qapağının hər ikisindən artıq dərinin çıxarıldığı bir cərrahi müdaxilədir. Blefaroplastika sallanmış və bollaşmış göz ətrafı dərisini yaxşılaşdırır. Amma göz ətrafinda yaranan qaz ayağı qırışlarını götürməz, göz altında olan qara kölgəni ağartmaz, düşmüş qaşı qaldırmaz.  Göz qapağı estetik əməliyyatı ilə bərabər bunlarında düzəlməsini istiyirsinizsə, o zaman sizə əlavə müdaxilələr də təklif olunacaq. Göz qapağı cərrahiyyəsi qocalmanı dayandırmaz, amma göz ətrafıındakı bölgənin sallanmış və yorğun görüntüsünü azaldar. Göz qapağı əməliyyatından qabaq qaşın vəziyyəti incələnməlidir. Əgər, lazımdırsa eyni vaxtda qaş qaldırma və alın gərmə əməliyyatıda icra oluna bilər. Bunlar konsultasiya zamanı ətraflı danışılır.

Məlumat:
Alt və üst göz qapağı əməliyyatı həm ayrı ayrılıqda, həm də ikisi eyni vaxtda icra oluna bilər. Həm yerli, həmdə ümumi anesteziya altında aparıla bilər. Əməliyyatdan əvvəl ümumi sağlamlığınızı qiymətləndirmək üçün sizdən bəzi müayinələr istəniləcək. Əgər əvvəllər keçirdiyiniz ciddi xəstəlikləriniz və ya daimi içdiyiniz dərmanlar varsa, bu haqda mütləq həkiminizə məlumat verməlisiniz. Əməliyyat ortalama 1-1.5 saat çəkir. Əməliyyatdan sonra alt və üst göz qapaqlarınızda sarğı olacaq, amma bu sarğı görməyinizə mane olmayacaq. Bu sarğı 2 gündən sonra açılacaq. 2 gün sonra yara yerinə su dəyə bilər. 3 günün tamamında duş ala bilərsiniz. Göz ətrafindakı şişləriniz 2 gün artacaq, 3- cü gündən etibarən sürətlə geri çəkilməyə başlayacaq, 1 həftə-10 günün tamamında artıq sizi rahatsız etməyəcək. Əməliyyatın nəticəsinin 70 %-ni  bir ayın tamamında, tam nəticəni isə 6 ayın tamamında görəcəksiniz. Əməliyyatdan sonra ilk günlərdə göz ətrafında gərginlik, batma, yanma şikayətləri olacaq. Bu şikayətlər yüngül ağrıkəsicilərlə keçəcək.  5-6 gün sonra makiyaj çəkə bilərsiniz. Əməliyyatdan sonra 1 ay müddətində ağır idman etmək, sauna və solyariyə getmək olmaz. 1 ay müddətində səhərlər yuxudan oyananda gözlər daha şişkin olacaq, gün ərzində azalacaq. Əməliyyat izləri təbii qıvrımlarda və kipriklərin altında gizlədilir. Rəngi zamanla solur , 1 ilin tamamında itir.
Qeyd: Qocalmanın davam etməsinə baxmayaraq pasientlər uzun illər əməliyyatın nəticəsindən razı qalırlar.

Günel Bayramlı
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 685
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri