Liposaksiya (Piy sovurma əməliyyatı)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 993
Səs ver:
(səs: 1)
Dieta və idman etməyinizə baxmayaraq, hələ də bədəninizin bəzi yerlərində bölgəsəl piy toplanması varsa, və bu bölgəsəl piylənməni aparmaq üçün başqa bir yol tapmırsınızsa,  geyindiyiniz paltarların üzərinizdə gözəl durmağını istəyirsinizsə, o zaman "Liposaksiya” sizin daha gözəl görünməyinizə və özünüzü daha yaxşı hiss etməyinizə kömək ola bilər.
Liposaksiya "lipos = yağ” və "suction = sovurmaq” sözlərinin birləşməsindən yaranaraq "vakumla piy sovurmaq” mənasını verir. Liposaksiya əməliyyatı, bölgəsəl piy toplantılarını o bölgədən uzaqlaşdıran cərrahi müdaxilədir. Bu müdaxilənin məqsədi, bədəni şəkilləndirməkdir, amma çəki vermək üçün bir yol deyil.  Xüsusən də, obezitenin (piylənmənin) müalicəsi deyildir. Bədəninizin gizli yerlərində açılan kiçik giriş dəliklərindən sovurma gücünə sahib incə uzun borularla istəmədiyiniz nahiyələrdəki yağ toxumaları parçalanıb vakum yaradılaraq uzaqlaşdırılır. Nəticədə bölgəsəl piylənmə olan nahiyələr yenidən şəkilləndirilərək daha düzgün bədən konturları əldə edilir.

Liposaksiya əməliyyatı üçün kimlər uyğundur:
Əgər, bədəninizin başqa yerləri ilə müqaisədə piylənmiş nahiyələri varsa, bu nahiyələrdəki piylər dieta və idman ilə getmirsə, bu nahiyədəki dərinin elastikliyi yaxşıdırsa və dəridə büzüşmələr yoxdursa (çünki Liposaksiya əməliyyatında artıq dəri çıxarılmır), artıq kilolar bədən ağırlığının çox üzərində deyilsə. Həm kişi, həm də qadınlara icra oluna bilən bu cərrahi müdaxilə qarında, beldə, budda, baldırda, qolda, kişi və qadın məməsində, popoda, kürəkdə və buxaqda olan piylənməni götürə bilər.
Ümumiyyətlə, bədəndəki yağ hüceyrələrinin sayı 18 yaşdan sonra sabit qalır. Beləliklə böyük insanlarda kökəlmək yağ hüceyrələrinin sayının artması hesabına deyil, var olan hüceyrələrin böyüməsi hesabına olur. Yağ toxuması Liposaksiya ilə sovrulub çıxarıldıqda sözü gedən piylər yox oldu deməkdir, amma qalan piylərin yağı depolayaraq böyüməməsi üçün dietaya diqqət edilməlidir.
Liposaksiya əməliyyatının məqsədi bədən konturlarını gözəlləşdirmək və ideallaşdırmaqdır. Son nəticəni görmək üçün ən azı 6 ay gözləmək lazımdır. Ona görədə əməliyyatdan əvvəlki və sonrakı müqaisələr 6 ayın tamamında aparılmalıdır. 
"Kanyula” olaraq adlandırılan, Liposaksiya zamanı piyləri çıxartmaq üçün istifadə olunan incə boruların giriş dəlikləri vaxt keçdikcə solur, hətta çox vaxt görünməz olurlar. Liposaksiyanın nəticəsi ümumiyyətlə qalıcıdır, amma hamiləlik, 10 kiloqramdan artıq kökəlmək və qeyri düzgün həyat tərzi  ona təsir edir.

Konsultasiya:
Əməliyyatdan əvvəl konsultasiya çox vacibdir. Konsultasiya zamanı bədəniniz ilə bağlı rahatsızlıqların hamısını bizə deyin. Yalnız belə olarsa, cərrahınız sizin nə istədiyinizi düzgün dəyərləndirə və bunun cərrahi müdaxilə ilə mümkün olub olmayacağını sizə deyə bilər. Konsultasiya zamanı dərinizin elastikliyi, yəni keyfiyyəti qiymətləndirilir. Əgər yaxın zamanda hamiləlik və ya kilo dəyişimi planlayırsınızsa, bu haqda mütləq cərrahınıza deyin. Əlavə xəstəlikləriniz və istifadə etdiyiniz dərmanlar haqqında da məlumat verməyiniz şərtdir.

Məlumat:
Liposaksiya əməliyyatı pasientin tam yatdığı ümumi anesteziya ilə həyata keçirilir. Əməliyyat ortalama 1-2 saat çəkir. Əməliyyat sahəsinə dəstək məqsədi ilə, sizə korset geyindirəcəklər. Bu korsetin 1 ay taxılması məsləhət görüləcək. Əməliyyatdan sonra ağrı hissini endirmək üçün sizə ağrıkəsici dərmanlar vurulacaq. Əməliyyatdan qısa müddət sonra qidalanmağa başlayacaqsınız. Çox vaxt əməliyyat axşamı və ya ertəsi gün evə getməyə icazə veriləcək. Əməliyyatdan sonra bir neçə gün həssas olacaqsınız. Ağrılarınız, ağır idman hərəkətlərindən sonra olan ağrılara bənzəyir. Əməliyyatdan 2-3 gün sonra duş ala bilərsiniz. Əməliyyatdan sonra 1 ay müddətində ağır idman etmək, sauna, türk hamamı, solariyə getmək olmaz. Bu bir ay müddətində Liposaksiya nahiyələrində dəriniz gözəl otursun deyə korseti geyinməyiniz şərtdir.  İlk əvvəl bədəninizdə göyərmələr və şişkinliklər olacaq. Göyərmələr 1 həftəyə, uzağı 10 günə keçib gedəcək. Göyərmə nahiyələri korsetin altında olacağı üçün sizi narahat etməyəcək. Şişliklərin isə 70%-i bir ayda, qalan 30% isə 6 ayda keçir.
Qeyd: Əməliyyatdan sonra  xüsusəndə, ilk həftə çəkidə azalma gözlənilməməlidir. Bədəndə olan şişliklər və damardan verilən mayelər hesabına tərəzidəki çəkiniz əməliyyatdan əvvəlki kimi, hətta ondan artıq ola bilər.  Çəkilən yağın miqdarından asılı olaraq 5- 10 günə rahatlıqla işə çıxa bilərsiniz. Liposaksiya nahiyələrinin daha ideal şəkil alması üçün 1 ayın tamamında masaja getməyiniz məsləhət görüləcək.

Günel Bayramlı
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 993
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri