Abdominoplastika (Qarın gərmə əməliyyatı)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 020
Səs ver:
(səs: 1)
Böyük və sallaq bir qarın həm kişi, həm də qadınlar üçün rahatsızlıq mənbəyi ola bilər. Bu vəziyyət artıq yağ toxumasından, boşalmış qarın əzələsindən, hamiləlikdən və artıq gərilməyə məruz qalmış, elastikliyi azalmış qarın dərisindən qaynaqlana bilər. Xüsusilədə dieta və idmana cavab verməyən iri və sallanmış qarından qurtulmağın tək yolu əməliyyatdır. Bu yolla eyni zamanda qarında, xüsusəndə göbəkaltı nahiyədə yerləşən dəri çatlaklarındanda qurtulmaq mümkündü.
Qarın gərmə əməliyyatı kimlər üçün uyğundur:
Əgər, bədənin başqa nahiyələri ilə müqaisədə böyük qarın varsa, xüsusilədə bu qarın dieta və idmana cavab vermirsə, qarın əzələlərində boşalma varsa, göbəkaltı nahiyədə dəri çatlakları varsa.
Qarın gərmə əməliyyatının məqsədi isə, artıq dəri və yağ toxumasını uzaqlaşdırıb əzələləri sıxlaşdırmaqla daha düz və çəkici görüntüyə sahib bir qarın əldə etməkdir.
Qarın gərmə əməliyyatı 18 yaşını tamamladıqdan sonra bütün yaşlarda icra oluna bilər. Ancaq çəki vermək məqsədiniz varsa, istədiyiniz çəkiyə çatdıqdan sonra əməliyyat olunsanız əməliyyatın nəticəsi daha üz güldürücü olacaq. Bəzi hallarda isə doktorunuz özü əməliyyatdan əvvəl çəki verib, sonra əməliyyat olunmağı məsləhət görəcək. Bu şəkildə icra olunan əməliyyat sizi daha çox xoşbəxt edəcək və nəticənin qalıcı olmasını təmin edəcək.
Əgər yaxın zamanlarda hamiləlik planlaşdırırsızsa onda bu haqda həkiminizə məlumat verin. Qarın gərmə əməliyyatı olmuş qadınlar təkrar hamilə qala bilərlər, heç bir əks göstəriş yoxdur. Amma hamiləlik əməliyyat nəticəsinə təsir edir və yenidən dəri boşalması, artıq piylərin yaranmasına səbəb olur. Ona görə əməliyyatın hamiləlikdən sonra icra olunması daha doğrudur.

Konsultasiya:
Əməliyyatdan əvəlki konsultasiya çox vacibdi. Beləki konsultasiya zamanı qarnınızla bağlı sizə rahatsızlıq verən bütün məmnuniyyətsizlikləri və çatmaq istədiyiniz estetik görünüşü bizə mütləq deyin. Yalnız belə olarsa biz sizin nə istədiyinizi bilib, bunun əməliyyatla mümkün olub olmayacağını sizə əvvəlcədən məlumat verə bilərik. Əməliyyatdan əvvəl cərrahınız qarnınızı müayinə edəcək və bəzi ölçümlər götürəcək. Eyni zamanda qarın əzələlərinizin sıxlığını qiymətləndirəcək. Əməliyyat nəticəsini müqaisə etmək üçün əməliyyatdan əvvəl şəkilləriniz çəkiləcək.  İstifadə etdiyiniz dərmanlar və sağlamlığınız barəsində bəzi suallar veriləcək. Bu incəliklər əməliyyatın planlaşdırılmasında vacibdir.

Məlumat:
Qarın gərmə əməliyyatı xəstənin tam yatdığı ümumi anesteziya ilə həyata keçirilir. Əməliyyat ortalama 2 saat çəkir. 1 gün xəstəxanada qalmağınız şərtdir. Əməliyyatın ertəsi gün artıq evə gedəcəksiniz. Reabilitasiya periodunuz ortalama 5-7 gündür. 1 həftə sonra iş həyatınıza geri dönə bilərsiniz. Amma 1 ay ağır qaldırmaq, idman etmək, dənizə getmək və günəşlənmək olmaz. Əməliyyatdan sonra ağrı hissini endirmək məqsədilə sizə ağrıkəsicilər vurulacaq. Əməliyyat sahəsinə dəstək məqsədilə qarın korsetini 1 ay geyinməlisiniz.
Əməliyyatdan 5 saat sonra həm yemek yeyə bilərsiniz,  həm də ayağa qalxa bilərsiniz. 1 həftə dik yerimək olmaz. Tikiş yerləri dartılmasın deyə, beldən bükülü vəziyyətdə gəzməyiniz istəniləcək. Əməliyyatdan sonra 2-5 gün qarnınızda gərginlik və həssaslıq hiss etməyiniz normaldır. Drenajlar çıxarıldıqdan 2-3 gün sonra çimməyinizə icazə veriləcək. Dərinizdəki izlər ilk 2-3 ay çəhrayı rəngdə olacaq və nəzərə çarpacaq, amma zamanla solacaqlar və dərinin rəngini alacaqlar. Qarnınızdakı şişlərin 60-70%-i ilk 1 ayda, qalan 30%-i isə 6 ayda keçəcək. Qarın şəklinin son halını 6 ayın tamamında görəcəksiniz. 2 ay sonra idmana başlaya bilərsiniz.
Bütün cərrahi müdaxilələrdə olduğu kimi, bu əməliyyatında ağırlaşmaları ola bilər.  Beləki, anestezioloji risk, qanama, infeksiyalaşma, yara sağalmasının gecikməsi kimi ağırlaşmalar ola bilər. Yara sağalmasının gecikməsi özəlliklə çox miqdarda piylər çıxarılarsa ola bilər. Həkiminizin söylədiklərinə əməl etmək bu ağırlaşmaları minimuma endirəcək.  Dərinizdəki  izlər zaman içərisində solacaq. Həkiminiz mümkün qədər qısa və incə iz qalması üçün hər nə lazımdırsa edəcək, amma izin son görüntüsünü xəstənin yara sağalma potensiyalı müəyyənləşdirir.
Qeyd: Əməliyyatdan sonra insanın  görünüşündə olan dramatik dəyişiklik özgüvənin artması ilə nəticələnərək, daha xoşbəxt və keyfiyyətli həyat tərzi  yaşadır. Xüsusilədə, piylənmə sonrası arıqlayan insanlarda qarıın gərmə əməliyyatı sağlam xarici görünüşə sahib olmağın tamamlayıcı ünsürüdü.

Günel Bayramlı
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 020
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri