Rinoplastika (Burun əməliyyatı)

Müəllif: NoName
Şərhlər: 8
Baxılıb: 532
Paylaş:
Səs ver:
(səs: 1)
Burun üzün tam ortasında yerləşən, nəfəsalma və xarici görünüşümüzdə əhəmiyyətli rol oynayan orqandı. Hər insanın burunu özünə xasdır, ona görədə burun estetik əməliyyatı insana özəl olaraq planlaşdırılmalı və həyata keçirilməlidir. Estetik burun əməliyyatının məqsədi, burunun xarici görünüşünü üzün digər cizgiləri ilə eyni ahəngdə dəyişməkdir.  Burun əməliyyatı zamanı burun qısaldıla və ya uzadıla bilər, kiçildilə və ya böyüdülə bilər, şəkli dəyişdirilə bilər, burun deşikləri kiçildilə bilər, burun donqarlığı itirilə bilər, burun ucu qaldırıla və  incəldilə bilər. Sadaladıqlarımızın nə qədər və nə şəkildə olunacağı isə ancaq konsultasiya zamanı burunun anatomik özəllikləri və burun dərisinin dəyərləndirilməsindən sonra aydınlaşdırılır.
Burunun içərisində sümük və qığırdaqdan ibarət arakəsmə var.  Bu arakəsmədəki əyriliklər hava yolunu bağlayacaq səviyyədə olanda nəsəfalma çətinliyi yaradır. Pis nəsəf almağa sümük və qığırdaqdan başqa yumuşaq toxumalarda səbəb olur. Beləki sümükdə, qığırdaqda və yumşaq toxumada olan problemləri estetik burun əməliyyatı ilə eyni zamanda da aradan qaldırmaq olar.
Bizimlə ilk tanışlığınız həqiqətən çox önəmlidir. İlk tanışlığımızda burnunuzla bağlı rahatsızlıq verən bütün detalları bizə söyləməyinizi istəyirik. Ancaq belə olan halda sizin bu əməliyyatla bağlı olan istəklərinizi dəyərləndirib, bu istəklərin cərrahi müdaxilə ilə mümkün olub olmayacağını sizə deyə bilərik.
Bütün estetik əməliyyatlarda olduğu kimi, burun əməliyyatındada əsas fəlsəfəmiz, təbiiliyin itirilmədiyi və əməliyyatlı burun görünüşü verməyən, çox insan tərəfindən başa düşülməyən cərrahi nəticələr ən gözəl nəticədir.

Estetik burun əməliyyatının detalları
Burun əməliyyatından əvvəl şəkil çəkilir.  Əməliyyatınızla bağlı lazımi bütün analizlərdən keçməyiniz şərtdir. Eyni zamanda əlavə tibbi problemləriniz varsa bu haqdada həkiminizə mütlək məlumat verməlisiniz. Burun əməliyyatları daha çox ümumi anesteziya altında aparılır. Amma burun ucunda olan kiçik müdaxilələr zamanı  yerli anesteziyadanda istifadə etmək olar. Əməliyyat ortalama 1.5 saat çəkir. Kəsiklər burunun içərisindən, çölündən aparıla bilər. Kəsiklər estetik tikildiyindən izsiz sağalırlar. Əməliyyatın sonunda burnunuzun üzərində gips olacaq, amma tampon olmayacaq. Burun əməliyyatlarımız tamponsuz icra olunur. Gipsin 1 həftə qalması məsləhətdir. Burun əməliyyatı  ağrısız əməliyyat qrupuna daxil edilsə də, hər ehtimala qarşı əməliyyatdan sonra sizə 1 ağrikəsici və 1 antibiotik tabletkası yazılacaq. Əməliyyatdan sonra içəridə olan şişliklərlə əlaqədar ilk həftələr burundan çətin nəfəs alacaqsız, lakin bu dönəm üçün sizə yazacağımız bəzi damla və kremlər bu şikayətinizi azaldacaq. Əməliyyatınız səhər icra olunubsa axşam, günortadan sonra icra olunubsa ertəsi gün  evə getməyə icazə veriləcək. 2-5 gün boyunca göz çevrəsində şişkinlik və göyərmələr olacaq. Bu rəng dəyişikliyi və şişkinlik çox vaxt  1 həftənin tamamında gipsi çıxartdığımız gün keçmiş olur. Amma bu 1 həftə içərisində şişmiş nahiyələrə buz kompresi qoymanız sizi rahatladacaq. 1 ilə burun öz  şəklinin son halını alacaq və təbii görünüş əldə edəcək. Burun əməliyyatını hər fəsildə icra etmək olar. Əməliyyatdan sonra 1 ay içərisində eynək taxmaq olmaz, dənizə baş vurmaq olmaz, ağır idman hərəkətləri etmək olmaz. 1 ay içərisində buruna olunacaq bütün travmalardan uzaq olmaq lazımdı. Əməliyyat sonrası  1, 3, 6 aylarda kontrol müayinələrə gələcəksiz, əvvəl çəkilmiş burun şəkili ilə indiki burnunuz müqaisə olunacaq.
Qeyd:
Bütün cərrahi əməliyyatların ağırlaşmaları və riskləri ola bilər. Hər əməliyyatda olduğu kimi burun əməliyyatındada anestezioloji risk, eyni zamanda qanama, infeksiyalaşma, yara sağalmasında problemlər ola bilər. İlk vaxtlar hissizlik olacaq, amma keçicidir. Etdiyimiz əməliyyatların bir çoxunda sadaladığımız bu risklər və ağırlaşmalarla qarşılaşmasaqda, bu haqda mütləq cərrahınızla danışmalısınız. Bütün estetik müdaxilələrdə olduğu kimi burun estetik əməliyyatından sonra da kiçik revizyonlar ola bilər.

Günel Bayramlı

loading...
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 532
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
narmiwka_15
ehtiyacim yoxdur wukur burnum balaca ve gozeldi raziyam))
13 avqust 2016 12:58
8
Be Happy))
Offline
miray
Ehtiyacim yoxdu ama eytaci olan herk etire biler tewekurler
11 avqust 2016 16:12
7
Offline
vipbetul
bezi insanlarda lazimdir
11 avqust 2016 15:06
6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
MODABAZ
Bezen mecburyyet qarwısında qalıb emelyyat eletdırır
11 avqust 2016 14:37
5
Heyata daim gulmek lazimdii
Offline
Barbaris
ehtiyacim yoxduur
11 avqust 2016 13:53
4
Xarakterimi ya da xasiyyətimi bəyənməyən insanları mecbur yanımda saxlamıram
Bir sözlə "Yol açıqdır"
Online
YalniZ-ArZu
ehtiyacim yoxdu.

ehtiyacim yoxdu.
11 avqust 2016 12:50
3
Adətən həyatda 3 sandığımız olar.1-cehiz sandığımız,2-adam sandığımız,3-söz veribdə tutar sandığımız.
Offline
Mrs.A
Tesekkurler melimat ucun.
11 avqust 2016 12:30
2
Acısı çox olan qizların guluşu gozel olur.!
Offline
Totu
Maraqlı məlumat oldu
11 avqust 2016 12:00
1
Uşaqlarınıza zəngin olmağı deyil, xoşbəxt olmağı öyrədin. Beləcə, həyatları boyunca sahib olduqları şeylərin qiymətini deyil, dəyərini bilirlər.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv