Ultra üz dartılması nədir

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 4 560
Səs ver:
(səs: 0)
İstanbulun Superplast Estetik Cərrahiyyə Mərkəzinin estetik-plastik cərrahı, uzman Cihangir Toramanın müsahibəni təqdim edirik.

- Üz dartılması nədir?
- Əvvəl qırışların yığılması və üz sallanmasının aradan qaldırılmasının yeganə yolu plastik-estetik əməliyyat idi. Amma artıq üz gəncləşməsi üçün bıçaq və tikişə ehtiyac qalmayıb. Ultra üz gəncləşməsi və dartılması aparatı ilə bunun öhdəsindən gəlmək olar. Bu, ultra dalğalı aparatdır. Həmin dalğalar üzün ancaq istiqamətlənmiş hissəsinə təsir edir, yan tərəflərə təsiri yoxdur. Ultra dalğalar dərinin alt qatınadək təsir edir və ən dərin qatında kollagen prosesini həyata keçirir. Üzün çökmüş hissələri yuxarıya doğru çəkilir və sallanmaları yığır. Buna bənzər bir çox cihaz icad edilib. Bu aparatın fərqi ultra dalğalı olmasıdır.

- Bu üsulun təsiri nə qədər qalıcıdır?
- Üz gəncləşdirilməsi və buna oxşar proseslər bir dəfə həyata keçirilmir. Müəyyən zamandan sonra onu təkrarlamaq lazımdır. Ultra üz dartılması prosesini də ikinci, lazım gələrsə, üçüncü dəfə yenidən həyata keçirmək lazımdır. Lakin ilk müdaxilədən uzun zaman sonra. Məsələn, anadan olandan 50 il sonra ultra üz dartılmasına ehtiyac yaranır. İkinci dəfə bu ehtiyac bəzilərində 10, bəzilərində 15 ildən sonra yarana bilər. Bəzi xəstələrə isə bircə dəfə ultra üz dartılması prosesi bəs edir. Məsələn, gündə 2 qutu siqaret çəkən insanla, heç vaxt siqaret çəkməyən insanların üz dərisi arasında çox böyük fərq var. Günəşlənməyi sevən və sevməyən insanlar da həmçinin. Siqaret çəkən və üzünə günəş şüaları çox dəyən insanın üz dərisi tez və çox korlanır. Mən hər zaman xəstələrimə deyirəm ki,üz dərisinin dəyərini anlasınlar. Paltarımızı günəşin altında qoyub getsək, bir neçə gündən sonra gəlib əlimizə alanda yırtılacaq, günəş onu məhv edəcək. Üz dərisi də elədir. Üz dərisinə dəfələrlə zərər veririk, amma dözür. Lakin bir müddət sonra dözə bilmir.

- Qadınlarda üz dərilərisinin sallanması neçə yaşdan sonra başlayır?
- Doğulduqdan sonra irəliyə - inkişafa doğru gedirik, bir müddətdən sonra isə geriyə - eniş və tənəzzülə doğru. Qadınlarda, əsasən, 35-40 yaşdan sonra dəri sallanması başlayır. Bəzi insanlar 40 yaşından sonra dəyişməyə başlayır, bəziləri 45-50 yaşına doğru. 40 yaşına çatmamış dəyişənlər də olur.

- Estetik əməliyyata maddi imkanı olmayan qadınlar bəzən təbii, türkəçarə üsullara əl atırlar. Bu, nə dərəcədə doğrudur?
- Təbii üsul dedikdə, içi boş üsul nəzərdə tutulur. Məsələn, bal maskası. Xəstələrim çox zaman məndən təbii üsullar haqqında soruşurlar. Mənim onlara ilk məsləhətim budur: vücudunuza və dərinizə zərər verməyən üsullardan istifadə edin. Amma xeyri də olmalıdır. “Bunu edim qocalmayım”, - deyə bir üsul yoxdur. Hər kəs yaşlanacaq. Plastik cərrah kimi mən qocalmağın qarşısını almıram. Yanıma gələn xəstələr də yaşlanmaq istəməyənlər deyil. “Mən 25 yaşında olmaq istəyirəm”, - demək məntiqli bir tələb deyil. Yaşlanmamaq deyə bir şey yoxdur. Hər kəs istədiyi və əlindən gələni etsin, lakin yenə də yaşlanacaq. Mənim etdiyim işin adı belədir: yaşlanaq, lakin gözəl yaşlanaq. Mən çalışıram ki, insanların üzündə görünən yaş fiziki yaşdan geridə qalsın. Məsələn, 50 yaşında olanda 43-45 yaşındakı kimi görünsünlər. Bəzən kiməsə deyirik ki, heç yaşlanmır, çox gənc görünür. Bax, həmin adam yaşından 5-6 rəqəm geri qaldığı üçün gənc görünür. Üzün bəzi bölgələri yaxşı qorunmalı və bəslənməlidir. Bu zaman biz gənc görünəciyik və güzgüyə baxdığımız zaman özümüzü daha yaxşı hiss edəciyik. Üzdə insanı yaşlı göstərən hissə göz və çənə çevrəsidir. Üzün bu hissələri nə qədər sərt deyilsə, düzgündürsə, insan bir o qədər gənc görünür.

- İnsanlar üzlərindəki həmin hissələri necə qorumalıdırlar?
- Ümumiyyətlə, üz dərisinə yaxşı baxmaq və qulluq etmək lazımdır. İlk növbədə üz qidalanmalıdır. Üzün sağlamlığı ilə bağlı hər şey edilməlidir. İnsanın sağlamlığı və özünə qulluq etməyi də üz dərisinə təsir edir. İdman edən, gündəlik rejimi olan, qidasına fikir verən insan həm də günşlə təmasına fikir verməlidir, özünü günəşin sərt şüalarından qorumalıdır, mütləq günəş qoruyuculardan istifadə etmək lazımdır. Cildini yaxşı nəmləndirmək, yüksək səviyyəli kosmetik vasitələrdən istifadə etmək vacibdir. Amma bunlarla bərabər insanlarda valideynlərindən gələn genetik xüsusiyyətlər də var. Bunlar bizim əlimizdə deyil. “Bir az idman edim, bir az düzgün qidalanım özümü toparlayım, sonra kefim istəyən kimi yaşayaram”, - demək düzgün deyil. Gənc və sağlam görünmək üçün bunlarla yanaşı, həkim və kosmetoloq müdaxilələri də olmalıdır.

- Bir həkim kimi sizin xüsusi yöntəminiz varmı?
- Mən ilk növbədə plastik-cərraham. Təhsili və təcrübəsi olmayan çox adam özünə plastik-cərrah deyir. Amma onlar əməliyyat edə bilmirlər. Ona görə də xəstələrini əməliyyatdan kənar proseslərə yönləndirlər. Mənsə insanların dəriləri və bədənlərinin xüsusiyyətlərini tanıyaraq müdaxilə edirəm. Məsələn, mən insana baxanda 10 ildən sonra necə olacağını bilirəm, üzün hansı hissəsi və necə dəyişəcəyi dərhal gözümün önündə canlanır. Ona görə də bir az əvvəldən kiçik müdaxilələr etmək lazımdır ki, müəyyən yaşdan sonra böyük müdaxilələrə ehtiyac qalmasın. Amma bəzi xəstələr var ki, artıq qoruma müddətini keçib, 60-70 yaşına gəlib, dəri korlanıb. Ona görə də bu insanların üz dərisində plastik əməliyyata ehtiyac yaranır. Dəri zaman keçdikcə əvvəlki kimi qalmır və qulluq etmədikdə məhv olur. Gənc nəslin avantajı budur ki, əməliyyatdan kənar baxım üsulları və vasitətələri çoxdur. Bunları vaxtlı-vaxtında etsələr, yaşlananda dərin müdaxiləyə ehtiyac olmayacaq. Olacaqsa da, kiçik toxunuşlar, yüngül müdaxilələrlə cavan və gözəl üz dərisinə sahib olacaqlar.

- Ultra üz dartılması prosesi neçəyə başa gəlir?
- Üz dərisi dartılması prosesi ayda 1 dəfə 3-4 seans olur. 1 seans 1500-2000 dollardır. 3-4 seans 7-8 min dollara başa gəlir. İki seans mütləqdir. Digər seanslar duruma və effektə bağlıdır. Çivzələr, çuxurlar olan üzə 4-5 seans lazımdır. 35 yaşında bir insana əməliyyat lazım deyil. Kiçik müdaxilə və qulluğa ehtiyac var. Əməliyatdan kənar müdaxilə ilə əməliyyatla müdaxilənin qiymətləri arasında fərq çoxdur. Üzün və vücudun hansı hissəsinə müdaxilə etməyə bağlıdır. Bu, evin təmir edilməsi kimidir. Yalnız mətbəx və ya bir otağın təmiri bütün evi təmir etdirməkdən fərqlidir. Əlbəttə ki, əməliyyat daha bahalıdır. Burda önəmli olan işin qiyməti deyil, nəticəsidir.

- Üz dartılması prosesi yalnız ultra üz gəncləşməsi və dartılması aparatının tətbiqi ilə bitirmi?

- Xeyr. Üz dərisinin bir neçə qatı var. Bu qatların yaşlanması bir-birinə bağlıdır. Üzün üst qatı pis olub, dərin qatı yaxşı qala bilməz. Dərin qatlar yaşlandıqca üst dəri qatı çökür. Ultra lazerlə cildin dərin qatlarını sıxlaşdırırıq, toparlayırıq. Üzün üst qatının isə ultra şüalarla əməliyyatsız dartılmasını həyata keçirirk. Üzün gəncləşməsi də vasitə və ya bir üsulla həyata keçmir. Bu da xəstənin durumuna və istəyinə görədir. Lazer tətbiqi, ləkə, göz və göz ətrafı müdaxilələr, çivzələr, damarlar, cildin rəngi və s. daxil olmaqla, vitamin inyeksiya da olmalıdır, üzə dolqu edilməlidir. Çünki cild təkrar canlanmalıdır. Lazerlə üz gəncləşdirilməsi 3 prosesdir. Sıxılaşdırma lazeri başqadır, gözün alt qatında qırışların qarşısını almaq başqadır. Ləkə, çivzə və s. kimi problemlərin qarşısı isə başqa üsulla alınır.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 560
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri