Botoksun bildiyimiz və bilmədiyimiz tərəfləri

Müəllif: Efsuw2016
Şərhlər: 4
Baxılıb: 2 467
Səs ver:
(səs: 0)
- Botoks batulizm xəstəliyində yaranan batulotoksin çöpləridir. Son iyirmi ildə nevropatoloqlar ondan göz qırpmaları və göz səyirmələri kimi problemlərdə istifadə ediblər. Görüblər ki, botoksun vurulduğu yer parlaq, şəffaf və hamar olur. Zamanla botoksdan göz ətrafı qırışların aradan qaldırılmasında istifadə edilməyə başlanılıb. Hazırda Avropanın bir çox ölkələrində botoksdan əzələ-sinir ağrılarında və başdakı “miqren” xəstəliklərində istifadə edilir. Hansı prosedurun sonunda terapiya sözü varsa, o, eyni zamanda müalicə məqsədilə də istifadə edilir. Botoksdan ildə iki dəfə istifadə etmək olar. Onun fəsadı yalnız qeyri-peşəkarlar tərəfindən düzgün vurulmadıqda ola bilər.

-Botoksla dolğunun fərqi nədir?
- Botoksla dolğunu qarışıq salmaq olmaz. Botoks ancaq qırışlarda tətbiq olunur. Botoksun dodaqda və ağız ətrafında istifadə edilməsi düzgün deyil. Bu nahiyyələrdə yalnız qialeron asid dolğusundan istifadə etmək olar. Qadınlar dolğu seçərkən yaxşı olardı ki, tərkibində aktiv komponent olan qialeron asiddən istifadə etsinlər. Bu komponent təbii olduğu üçün zamanla dəridən sovrulur. Süni dolğulardan istifadə isə yolverilməzdir. İndi çoxlarının istifadə etdiyi biopolimer daha təhlükəlidir. Sintetik komponent olan biopolimer dəridə yad cisim kimi qalır və sovrulmur. Zamanla isə, mənşəyi bilinməyən problemlərlə üzləşirik.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 467
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri