Dodaq dolğusu haqqında doğru bildiyimiz yanlışlar

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 598
Paylaş:
Səs ver:
(səs: 0)
SƏHV: Dodaq dolğuları daimidir, bir dəfə edəndə geri dönüşü yoxdur.
DOĞRU: Dodaq həcimləndirmə və formalaşdırmaqda istifadə edilən dermal dolğu inyeksiyası qalıcı deyil. Bu dolğular orqanizm tərəfindən tədricən sorulur. İnsanın həyat tərzi və fiziki quruluşu, xarici şərtlər dodaq doldurulmasının müddətini müəyyən edir.

SƏHV: Dodaq dolğusu tətbiq etməsi təhlükəli və riskli bir üsuldur. Yan təsirləri uzun sürər.
DOĞRU: Dermal dolğular, əməliyyat olunan insanların fizioloji əlamətlərinə görə yüngül şiş, qızartı və ya göyərmə kimi təsirlər yaratsa da yeridilən gel, onsuz da bədəndə dəri altında olan hyaluronik turşu daşıdığı üçün hər hansı bir əhəmiyyətli risk təşkil etmir. Tətbiqi sonrası əlamətlər yalnız bir neçə gün çəkir və sonra hər hansı bir narahatlıq əmələ gəlmir. Son yenilik olan Vycross texnologiyası ilə inkişaf etdirilmiş məhsullar sayəsində şişkinlik, göyərmə və şiş kimi yan təsirlər minimuma endirilir.

SƏHV: Dodaq doldurulmasını yalnız qadınlar etdirə bilər.
DOĞRU: Qadınlar və ya kişilər, yaşla birlikdə dəri altındakı hyaluronik turşusunun azalması nəticəsində dəri elastikliyini itirir. Bu itki dodaqlarda sallanma və uzanma meydana gətirə bilər. Hər iki cins də dodaq dolğusu etdirə bilər.

SƏHV: İnyeksiya prosesi uzun sürür.
DOĞRU: İnyeksiya prosesi mövzunun mütəxəssisi tərəfindən edildikdə yalnız 10-15 dəqiqə kimi qısa bir müddətdə tamamlanan sürətli və asan tətbiq etmək olar. Tətbiqi ərəfəsində, əsasən lokal keyidici təsir göstərən kremlər sürülərək 15 dəqiqə sonra inyeksiya başlanır.

SƏHV: Əməliyyat sonrasında fərq, bir neçə həftə sonra müşahidə olunur.
DOĞRU: Əməliyyat keçirildiyi anda dərhal nəticə verir, güzgüyə baxanda dəyişiklik dərhal fərq edilə bilər. İnyeksiya bağlı bir miqdar şiş yaransa da, soyuq tətbiqi ilə qısa müddətdə dağılar.

SƏHV: Dodaq dolğusu ilə dodaqların şəkli dəyişdirilməz.
DOĞRU: Dodaqları, təcrübəli bir estetik mütəxəssisi tərəfindən doğru inyeksiya texnikaları ilə əməliyyat öncəsi tam olaraq planlaşdırdığı kimi formalaşdırmaq olar.

SƏHV: Dodaq dolğusu inyeksiyasından sonra evə gedib istirahət edilməsi və bir neçə gün maye içkilər istehlak edilməməsi lazımdır.
DOĞRU:Tətbiqi hər hansı bir vaxtda, məsələn çalışanlar üçün günorta yeməyi fasiləsində belə edilə bilər, sonra rahatlıqla normal həyata və işə qayıtmaq olar. Yalnız ilk bir saat çox isti içkilər tövsiyə edilmir, çünki bunlar lokal ödəmə səbəb ola bilir.

SƏHV: Dodaq dolğusu inyeksiya sonra dodaqlar süni görünürlər.
DOĞRU: Saxta görüntülü süni plomblar və implantların istifadə edilməsində ola biləcək bir vəziyyətdir. İfrata qaçmayan dodaq dolğusu ilə təbii dodaqlar mümkündür.

SƏHV: Dodaq doldurulmasının təsiri qısa müddətli olur.
DOĞRU: Dolğunun müddəti şəxsin yaşı, dodaq quruluşu, elastikliyi, yeridilən plomb maddəsinin xüsusiyyətləri, miqdarı, keyfiyyəti kimi amillərə bağlıdır. Vycross texnologiyası ilə istehsal edilən dodaq dolğusu 15 aya varan müddətdə dodaqlarda qalar.

SƏHV: Dolğu etdirəndə, estetik əməliyyat aparıldığı başqaları tərəfindən dərhal sezilir.
DOĞRU:Həkimin diaqnozu, təcrübəSI, adamın yüz xəritəsinin uzaqdan və yaxından yaxşı qiymətləndirilməsi və dodaq üçün uyğun məhsul seçimində çox böyük əhəmiyyət daşıyır. Təcrübəli bir həkim tərəfindən aparılan tətbiq, hər hansı bir ipucu buraxmaz.

loading...
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 598
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
YalniZ-ArZu
men ozum baxan kimi bilirem dodaqda dolgu var ya yox,cuzi dolgu olsa da,sezilir...
28 dekabr 2017 18:49
2
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
BARBI
Dodaq dolgusunu hec sevmirem.Suni gorsenir.Tehlukelidir
26 dekabr 2017 21:34
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri