Kök deyiləm sümüklərim ağırdır...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 15
Baxılıb: 6 346
Səs ver:
(səs: 5)
"Kök deyiləm sümüklərim ağırdır"

Adətən bu cümləni ağır kütləli insanlardan eşidirik. Bu çox zaman insanlar tərəfindən kütlələrinin niyə ağır olmasına bir izah kimi deyilir. Bəs bu nə dərəcədə doğrudur? Sümük ağırlığı həqiqətən ümumi kütləyə təsir edir?

Orta yaşlı bir yetişkində adətən 206-ya yaxın sümük olur. Sümüklərin kütləsi genetik olaraq insandan insana dəyişsə də sümüklər adətən ümumi kütlənin 15%-ni təşkil edir. Bodibilderləri çıxsaq, insanlarda olan ağır kütlə artıq yağlara görədir.

İdmanla məşğul olan və əzələ kütləsini artıran insanlar arıq görsənsə də onların ümumi kütləsi 100 kiloqrama yaxın və hətta 100 kiloqramdan çox olur

Amma bu zərərli bir şey deyildir, əzələ kütləsinin çox olması hətta insanın tez qocalmasının qarşısını alır. Lakin əsas problem boyuna nisbətən kütləsi çox artıq olan insanlardır(idmançılar nəzərə alınmır). Bu onun göstəricisidir ki, bədəndə artıq yağlar var və bu bir insana həm sağlamlıq, həm də estetik cəhətdən zərərlidir.

Əgər sizin kütləniz boyunuza nisbətən çox yüksəkdirsə və siz bunun artıq yağlara görə olduğunu düşünürsünüzsə, idmana başlamağınız məsləhətdir. İdmandan əvvəl bir çox insan ilk öncə arıqladıcı dietalara qaçır. Lakin bu düzgün seçim deyildir. Siz əgər hər gün lazımlı qədər zülal, vitamin, karbohidrat və kalori qəbul etməsəniz çox ciddi xəstəliklərə yoluxa bilərsiniz.

Hər şeydən əvvəl anlamaq lazımdır ki, qida rasionunuzdakı maddələrin ölçüsünə diqqət etməlisiniz. Məsələn, siz həddindən artıq zülal qəbul etsəniz o zülal yağa çevriləcək. Odur ki, qida rasionunuzu düzgün qurun. Siz hər gün lazımlı maddələri alaraq və bununla yanaşı idman edərək (kütlənizdən asılıdır) bir müddətdən sonra normal vəziyyətə qayıda bilərsiniz.
(səs: 5)
Şərhlər: 15
Baxılıb: 6 346
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri