Gözəlləşmək üçün ilan əti yeyin

Müəllif: Catwoman666
Şərhlər: 13
Baxılıb: 3 157
Səs ver:
(səs: 2)
Cavanlaşmaq və gözəlləşmək istəyirsiniz?

Bunun üçün plastik əməliyyata yox, ilandan hazırlanan yeməklərə üstünlük vermək kifayətdir. Çinlilər belə düşünürlər.

İndoneziyada yaşayan çinlilər hətta bu yolla gəlirlərini daha da artırmağa müvəffəq olublar. Onlar digər restoranlardan fərqli olaraq gələn müştərilərə ilan ətindən hazırlanan yeməklər təklif edirlər. "Heç kim bu menyuya yaxın durmaz” deməyin, çünki belə yeməklərin hazırlandığı restoranlara gələn müştərilərin sayı da kifayət qədər çoxdur. Bu qədər tələbatın olmasına səbəb isə ilan ətinin insanı gözəlləşdirdiyi, cavanlaşdırdığı və qanı təmizlədiyi ilə bağlı yayılan xəbərlərdir. Çinlilər ilanın əti ilə yanaşı şüşələrdə litri 200 dollar olan ilan qanı da satırlar.

Restoran sahibləri təzə ilan bişirdiklərini sübut etmək üçün sürünənləri restoranın arxa hissəsində bəsləyirlər. Belə olduqda müştəri istədiyi ilan növünü seçir və sifariş verir.
(səs: 2)
Şərhlər: 13
Baxılıb: 3 157
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri