Paris qadınlarının gözəllik reseptləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 868
Səs ver:
(səs: 0)
Hər zaman zərif və baxımlı olan fransalı
xanımları öz gözəl görkəmləri ilə seçilirlər. Bəs,
siz bu zəriflik timsalı sayılan qadınların təbii
gözəlliyə çox düşkün olduğunu da bilirdinizmi?
Belə ki, Paris qadınlarının yalnız 22%-i parlaq
makiyajdan istifadə edir. O da tətil zamanı və ya
özəl dəvətlərə gedərkən…

Bu xanımların cəmi 11%-i bir cüt dodaq parladıcısı
və kirpik üçün tuşdan istifadə edir.

İndi isə Paris xanımlarının evdə hazırladıqları

Təbii maskalardan bəhs edək.

Gənc və cazibədar bir görünüş üçün ən təsirli
gözəllik resepti; hər səhər təzə hazırlanmış kələm
maskası istifadə etmək imiş.

Kələm dərini təmizləyər, bəsləyər, canlandırar.
Vitamin baxımından da zəngindir və P vitaminlərini ehtiva edər.
Quru cildlər üçün kələm maskası
Doğranmış kələm yarpaqlarını süd ilə sıyıq
konsistensiyasına gələnə qədər qaynadın.
İlıqlaşınca, bu qarışığı üzünüzə sürtün.
Dəriniz çox quru isə, sıyığın içinə bir az
bitki mənşəli yağ qarışdırın. 20 dəqiqə boyunca
üzünüzə və boynunuza bunu tətbiq edin və sonra
yenə ilıq suyla üzünüzü yuyun.

Yağlı cildlər üçün kələm maskası
Kələm yarpaqlarını çırpılmış yumurta ağı ilə
qarışdırın və bu qarışığı 15-20 dəqiqə sonra
üzünüzə sürtün.

Bu qarışığı bir pambığa batırıb axşamlar
dərinizi təmizləyə bilərsiniz. Yağlı cildlər üçün çox faydalıdır.

Dəri ağartma maskası
Kələm suyunu dərinizdəki tünd ləkələrə hər gün
10 dəqiqə tətbiq edin. Davamlı istifadədə
faydasını görəcəksiniz.
Qeyd: (Kələm suyunu, kələmi suda qaynadaraq
əldə edə bilərsiniz.)
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 868
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri