Gözlərinizi gizlətməyin!

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 3 439
Səs ver:
(səs: 0)

 


Bir neçə məsləhətə əməl etməklə gözlərinizi daha cazibədar hala sala bilərsiniz.
İlk öncə qaşlarınızı yuxarı doğru darayın və qaş qövsünün altında və üsütündə qalan artıq tükləri təmizləyin. Beləliklə, makiyajdan əvvəl baxışlarınızı bir balaca sirli etmiş  olursunuz.
Kipriklərin uclarına qara layner ilə incə bir cizgi çəkərək təbii göz formanısı ortaya çıxara bilərsiniz. Bu cizgini kənarlara tərəf  uzadaraq  gözlərinizi daha böyük göstərə bilərsiniz.
Daha dərin baxışlara sahib olmaq istəyirsinizsə, gözlərinizin üst hissəsinə  qəhvəyi və ya boz tonlarında olan göz kölgələri çəkmək məsləhətdir.
Ardından isə rəngli göz kölgəsi ilə əlavələr edin. Gözlərin iç tərəfinə isə açıq rəngdə olan göz qələmi çəkin. Həmin qələmdən qaş sümüyünün altına da bir qədər çəksəniz ifadəniz daha cəlbedici olar.
Gözlərin iç tərəfinə qızılı rəngi bir göz qələmi çəkin. Təbii tonlara sahib olan bu qələm gözlərinzin ağ hisəsini önə çıxarır və onları olduğundan daha böyük göstərir.
Kirpiklərinizi burub tuş vuraraq göz makiyajinızı tamamlaya bilərsiniz. 
Qeyd: Gözlərinizi daha qabarıq etmək istəyirsinizsə, süni kirpik yapışdıra bilərsiniz.

 

Redakte etdi: PRETTY GIRL

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 439
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri