Ayaq tüklərini düzgün təraş etməyin 7 vacib qaydası!

Müəllif: Onun_Mələyi
Şərhlər: 4
Baxılıb: 6 800
Səs ver:
(səs: 1)
Çoxumuz bunu edirik. Hətta estetik mərkəzlərdə, gözəllik salonlarında epilyasiya etdirsək belə, xüsusi tüktökən kremlərdən istifadə etsək belə, elə zaman gəlir ki, təraş edirik. Birneçə qayda var ki, onlara əməl etməklə təraşı daha effektli və təhlükəsiz etməkolar. İsti havalarda ətəklərinizi, donlarınızı, şortlarınızı və bikinilərinizi rahat geyinməyiniz üçün biz sizə bu dəfəməhz həmin nüanslardan yazırıq.Çoxumuz bunu edirik. Hətta estetik mərkəzlərdə, gözəllik salonlarında epilyasiya etdirsək belə, xüsusi tüktökən kremlərdən istifadə etsək belə, elə zaman gəlir ki, təraş edirik. Birneçə qayda var ki, onlara əməl etməklə təraşı daha effektli və təhlükəsiz etməkolar. İsti havalarda ətəklərinizi, donlarınızı, şortlarınızı və bikinilərinizi rahat geyinməyiniz üçün biz sizə bu dəfəməhz həmin nüanslardan yazırıq.

Səhər təraş et
Səhərlər dəri çox elastik olur və bunun nəticəsində dərini zədələmək mümkün olmur. Axşam təraş etsəniz həm dərinizəzədə yetirə bilərsiniz, həm də tükləriniz sürətlə inkişaf edirsə təraşın nəticəsi olmaya bilər.

Dərinizi buxarlandırın
Təraş etməzdən əvvəl ya isti vannada biraz yatın və yaxud da isti duşla ayaqlarınızı buxarlandırın. Bu üsul tüklərin dibini yumşaldır və dərini daha elastik hala gətirir. Və bu, digər mərhələlər üçün vacib nüansdır.

Skrabla pilinq edin
Buxarda hazırlanmış dəri skrabla pilinqdə asanlıqla ölü dəri hüceyrələrindən azad olur, tük kökləri də üzə çıxır. Əgər siz bu addımı etməsəniz 12 saat sonra tüklər yenə də çıxmağa başlayacaq.

Köpük və ya təraş geli istifadə edin
Çoxumuz təraş üçün duş geli, sabun və ya şampun istifadə edirik. Bu, təraş prosesində ən böyük səhvdir. Yalnız təraş üçün xüsusi seçilmiş gel ülgücün sürüşkənliyini təmin edir, bütün tüklər təmizlənir və təraş zamanı dəri sakit olur. Təraşı tüklərin inkişaf etdiyi isiqamətdə edin, əksinə yox İlk baxışdan məntiqsiz səslənsə də, bu, tüklərin tez çıxmasının qarşısını almaq üçün bir zəmanət yoludur. Əks istiqamətdə təraşla siz, dərinizi zədələyə bilərsiniz və tüklərin dibində mikroblar yarana bilər.Bu prosesi “şişitməyin”!Ülgüclə dərinin hər hissəsindən yalnız birdəfə keçmək lazımdır. Əgər tüklər yaxşı təmizlənmirsə, bu zaman ülgücün başını dəyişin və ya yenisini götürün. Belə etdikdə siz dərinizin travma almasının qarşısını alırsınız və tüklərin də təmiz təmizlənməsini təmin etmiş olursunuz.

Dərinizi sakitləşdirin
İstənilən halda təraşdan sonra dəri az da olsa zədələnir. Təraşdan sonra ayaqlarınıza rahatlaşdırıcı, nəmləndirici krem çəkin. Qaşıntı və qızartı yaranmasın deyə spirtli vasitələrdən istifadə etməyin.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 6 800
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri