Gözəlliyiniz üçün ən ucuz vasitə

Müəllif: YalniZ-ArZu
Şərhlər: 12
Baxılıb: 3 452
Səs ver:
(səs: 0)
Vazelin dəriyə qulluq vasitələri arasında ən faydalı və ucuz kremlərdən biridir.

Qadinla.com ailem.az-a istinadən həm gözəllik üçün, həm də həyat şərtlərinizi asanlaşdırmaq üçün vazelinin müxtəlif istifadə yolları barədə məlumat verir.

- Təraşdan sonra dərini yumşaldır.

- Dodaqları yumşaq edir və parlaq göstərir.

- Günəşdə yanmayan nahiyələrinizə, xüsusilə, dizlərinizin arxasına və biləklərinizin içinə sürtsəniz, aradakı rəng fərqini bağlayacaq.

- Qaşlara sürtdükdə dərini yumşaldır və onları daha ağrısız şəkildə ala bilərsiniz.

- Qaşlara çəkdikdə onların formasını saxlayır və parlaqlıq verir.

- Kirpiklərin böyüməsinə kömək edir. Gecə kirpiklərinizə sürtün və təsirini görün.

- Quru dəriyə sürtdükdə dərhal təsirini göstərir.

- Saçlarınızı boyayarkən saçınızla alnınızın birləşdiyi yerə sürtün, beləliklə, boya üzünüzdə iz buraxmayacaq.

- Quru və çatlamış dirsəkləri yumşaldır.

- Ətir vurduğunuz nöqtələrə vazelin çəkmək qoxunun daha qalıcı olmasını təmin edir.

- Vazelinin məsamələri tıxaması ilə bağlı bilinənlər yanlışdır. Tam əksinə, daha yumşaq bir dəri üçün üzünüzə, boynunuza və qollarınıza sürtə bilərsiniz.

- Gecədən qalan makiyajı təmizləməyi asanlaşdırır.

- Göz makiyajının altına, yanaqlarınıza və dodaqlarınıza sürtdüyünüzdə daha parlaq və təzə bir görünüş verəcək.

- Saçlarınızın ucları sağlıqsız görünürsə, az miqdarda saçlarınıza sürtün.
(səs: 0)
Şərhlər: 12
Baxılıb: 3 452
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri