Seyrək qaşlardan xilas olmağın 6 yolu

Müəllif: Onun_Mələyi
Şərhlər: 7
Baxılıb: 2 478
Səs ver:
(səs: 0)
Qaşlar üzdəki gözəlliyi üzə çıxaran, sifətin ən önəmli hissəsidir. İncə qaş dəbi ilə ayaqlaşmaq nə qədər asandırsa, son zamanların dəbi olan qalın qaşla ayaqlaşmaq bir o qədər çətindir. Qaşı seyrək olan xanımlar qalınlaşdırmaq istəsə də, bu, onlarda çox zaman müvəffəqiyyətli alınmır.

Əziz xanımlar sizlərə qaşları təbii üsullarla qalınlaşdırmağın sirlərini təqdim edirəm.

1 – Vazelin
Bitmiş tuşun fırçasından istifadə edərəkvazelini qaşa çəksəniz, uğurlu nəticə əldə edə bilərsiniz. Bu metodun istifadəsindən 1 həftə sonra dəyişikliyin fərqinə varacaqsınız. Vazelin ən təsirli, ən təmiz və ən asan üsullardan biridir.

2 – Sarımsaq
Sarımsaq tük köklərini sağlamlaşdırmaq və tük artırmaqda ən effektiv üsullardandır. Qaşlarınıza bir diş döyülmüş sarımsaq tətbiq edərək həm sağlamlaşdıra, həm də qalınlaşdıra bilərsiniz.

3 – Hind qozu yağı
Hind qozu yağından istifadə edərək qaşlarınız üçün müsbət nəticələr əldə edə bilmək üçün bu yağdan gündə bir dəfəqaşa tətbiq etməyiniz kifayət edir.

4 – Arqan yağı
Saça qulluq zamanı istifadə edilən arqan yağı qaşlar üçün də faydalıdır. Arqan yağı qaşların qalınlaşması və sağlam olmasına kömək edir

5 – Aloe vera
Günəş yanıqlarına, ləkələrə qarşı müalicəvi əhəmiyyəti olan aloe veranı qaşlara tətbiq edəndə də eyni nəticəni göstərir. Aloe vera qaşlarınızın sağlamlığını artıracaq.

6 – Soğan
Soğanı sarımsaq kimi ya döyərək, ya da kəsib qaşa tətbiq edərək istifadə etmək olar. Bu prosedura gündə bir dəfə tətbiq etmək kifayət edəcək.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 478
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri