Bu cür paltarlar geyinsəniz, KİLOLU GÖRÜNƏCƏKSİNİZ

Müəllif: Son Bahar
Şərhlər: 5
Baxılıb: 2 719
Səs ver:
(səs: 0)
Bəzən geyindiyimiz paltarların naxışından, formasından asılı olaraq daha kilolu görünürük.

Toxunma paltarlar
Bu cür paltarlar çox gözəl olsa da, istifadəsi çətin paltarlardır. Əgər bir az kilolusunuzsa, bu cür paltarlardan uzaq durmalısınız.

Hündür yaxalı geyimlər
Xüsusilə də qısa boylu xanımların hündür yaxalı paltar geyinməsi bədənlərini daha qısa göstərəcək, həm də boyun və çiyin cizgisini yox edəcək.

Rəngli şalvarlar
Rəngli şalvarlar, adamı olduğundan daha kilolu göstərir. Kilolarınızdan şikayətçisinizsə, belə şalvarlardan uzaq durun.

Yüksək belli dar şalvarlar
Bu tip şalvarlar bel nahiyəsində artıq çəkisi olan xanımlar üçün məsləhətli seçim deyil.

İri naxışlı uzun paltarlar
Kilolu bir qadının geyinməməli olduğu modellərdən biridir. Rənglər, parça çoxluğu sizi daha kilolu göstərəcək. Bunun əvəzinə tək rəng uzun paltarları, ya da diz üstündə çox dar olmayan ətəkləri seçməlidirlər.

“Vadalazka”
Əgər kilolarınızdan şikayətçisinizsə, “vadalazka”lardan da uzaq durun.

Həddindən çox boyunbağı
Sinəsi iri olan qadınlar qətiyyən qalın boyunbağı taxmamalıdırlar. Bunların əvəzinə daha zərif boyunbağılardan istifadə etmək lazımdır.

İri naxışılı paltarlar
Xüsusilə milli və çiçək naxışlı paltarlar kilolu xanımların seçimi olmamalıdır. Əgər mütləq geyinmək istəyirlərsə, tünd rəngli geniş ətəkli bir şalvarla kombinləyə bilərlər.

Naxışlı corablar
Bu corabları daha incə ayaqlara sahib olanlar geyinməlidir. Əks təqdirdə naxışlar ayaqlarınızı olduğundan daha qalın göstərəcək
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 719
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri