Sinə sallanmasının səbəbləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 5 502
Səs ver:
(səs: 0)
Sinə sallanmasına səbəb fərqində olmadan etmədən etdiyimiz bir çox səhvlərdir. Sinə sallanması, sinə dərisinin elastikliyini itirməsi və dərinin altında olan kollajenin pozulmasından qaynaqlanır

Ani çəki alıb vermə
Sağlıqsız diyetlər həm verdiyiniz kiloları sürətlə geri almağınıza, həm də sinələrinizin sallanmasına səbəb olur. Ani kilo alıb vermələrdə dəriniz təbii gərginliyini itirdiyi kimi elastikliyini itirir. Bu vəziyyətdə ümumiyyətlə yağdan ibarət olan sinələr də mənfi təsirlənir

Siqaret çəkmək
Siqaret çəkmək yalnız ciyərlərinizə deyil, sinənizə də zərər verir. Siqaret çəkdikdə qan axışının yavaşlaması dəriyə mənfi istiqamətdə təsir edir. Beləcə dəridə yaşlanma və sallanmalar yaranır.

Yalış büstqalter seçimi
Sinələrin büstqalter tərəfindən dəstəklənməməsi nəticəsində sallanmalar görülə bilir. Səhv büstqalter seçimi, sinəni tam yığışdırmağa və dəstəksiz büstqalter istifadəsi sinələrdə sallanmaya səbəb ola bilir. Buna görə dəstəksiz büstqalter istifadə vərdişiniz varsa dərhal tərk etmək lazımdır.

Günəşdən qorunmamaq
Günəş qoruyucu kremi olmadan günəşə məruz qalmaq dərinin yaşlanmasına və qırışmasına səbəb olursa, eyni şey sinəniz üçün də təsirlidir. Günəş şüalarına məruz qalan dərinin zərər görməsi və kollajenlerin dəyişiklikləri sinəyə mənfi istiqamətdə təsir edir. Dekolteniz olsun ya da olmasın, yaz-qış demədən sinənizə də günəş qoruyucu kremləri tətbiq edin.

Yanlış idman etmək
Bəzi mütəxəssislər qaçmanın və ya irəli-geri şəklində edilən bəzi məşqlərin sinədəki kollajenlere zərər verdiyini qarşıya qoyur. Ağır idman etmək də sinənizə zərər verir. Sizə əlbəttə idman etməyin demirik, ancaq idman edərkən də sinənizə uyğun büstqalter seçməniz lazımdır.

Lazımi qədər su istehlak etməmək
Su içməyin dəriyə bir çox faydası olduğunu bilirik. Yaxşı ya kifayət qədər su içməsək? Kifayət qədər su istehlak etməmək dərinin gərginliyini itirməsinə və yaşlanmasına gətirib çıxararaq sinələrinizin sallanmasına səbəb ola bilir.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 5 502
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri