Makiyaj dərsi

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 4 052
Səs ver:
(səs: 0)

Makiyajda xırda hiylələr edərək  kiçik burunlu, qalın dodaqlı, hətta daha gənc görünmək mümkündür. Qısa zaman ərzində makiyajınızı daha qabarıq və canlı etmək mümkündür. Əvvəllər podiumda nümayiş olunan makiyaj formaları indi gündəlik həyatımızda da istifadə olunur.  
Göz qapaqlarına mirvari rəngli tondan əlavə, tünd rəngli, pigmentli kölgələr də istifadə etmək olar. Tünd rəngli kölgələri aşağıya doğru çəkin. Bu gözləri daha mənalı edir.
Makiyaj yaş artdıqca daha fərqli qaydada edilməlidir. Üz makiyajında daha yüngül rənglər, dodaqlarda isə açıq rənglərdən istifadə etmək lazımdır. 40 yaşdan sonra  makiyajdan daha az istifadə etmək lazımdır. Bunu heç vaxt yaddan çıxarmayın.
Həmçinin üzə başqa ştrixlər də etmək lazımdır. Üz dərinizdən bir ton tünd kirşanla  alın və yanaqlarınıza kölgə verin.  Bunun ardından yanaqlarınıza yuxarıya doğru parlaq tonda ənlik çəkin. Yuxarıya doğru çəkilən ənlik yanaqları daha iri və qabarıq göstərir. 
Bir-birinə yaxın gözləriniz varsa,  göz qapaqlarına ya da əksinə bir-birindən uzaq gözləriniz varsa, gözün kənarlarına ağ və işıltılı kölgə vuraraq bunu həll edə bilərsiniz.  
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 052
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri