Payız makiyajının son yenilikləri

Müəllif: Pure Love
Şərhlər:
Baxılıb: 3385
Paylaş:
Səs ver:
(səs: 1)

 

Yeni fəsil – təkcə qarderobunuzu deyil, kosmetikanızı da yeniləmək üçün əla səbəbdir. Artıq payız mövsümü başlayıb. Yeni mövsümdə hamını, xüsusilə qadınları yeniliklər, daha doğrusu mövsümün geyim, makiyaj, saç düzümü dəbi daha çox maraqlandırır.
Bu payız makiyajının əsas rəngi boz rəngli rəngli gözlər, uzun kipriklər, dırnaqlar üçün boz lak və həcmli saçlardır. Mövsümün dəbində qara boya ilə çəkilmiş gözlər də yer alır. Tünd göy, boz, qəhvəyi rənglərdən də istifadə etmək olar. Bu mövsümdə qara rəngli tuşlar da öz aktuallığını saxlayır.
Payızda qaşlar enli və tünd olmalıdır. Qaşları qara, qəhvəyi, ya da boz karandaşla rəngləmək olar. Dodaqlarda isə alovlu, diqqət cəlb edən dodaq boyaları dəbdədir. Yarım tonlu açıq rənglərə bu mövsümdə "yox" deyin. Daha çox al qırmızı, qırmızı,  çaxır rəngdə olan dodaq boyalarına üstünlük verin.
Təbiiliyə üstünlük verən xanımlar narahat olmasın. Stilistlər belə qadınlara tünd rənglərin dəbdə olmasına baxmayaraq, gözlər üçün açıq tonlardan, yanaqlara təbii rəngdə ənlik, dodaqlar üçün şəffaf rəngli balzam və az tuşdan istifadə etməyi məsləhət görür.
Əgər yanaqlarınızı xüsusi vurğulamaq istəyirsinizsə, onda sədəfi parlaq tunc və miss rəngli ənliklərdən istifadə edin. Belə makiyaj daha çox 80-ci illərin dəbi ilə üst-üstə düşür.


loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 3385
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv