Təbii yollarla yetkinlik sızanağının müalicəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 6 440
Səs ver:
(səs: 1)

Təbii yollarla yetkinlik sızanağının müalicəsi

 

Yetkinlik sızanaqları həm oğlanlarda, həm də qızlarda həddi-buluq çağında hormon tarazlığının pozulduğu illərdə baş verir. Bundan başqa yeniyetməlik zamanı bağırsaqda, qaraciyərdə baş vermiş hər hansı bir problemə görə üzdə sızanaqlar yarana bilər. Bu yaşda ortaya çıxan sızanaqlara qidalar da çox təsir göstərə bilir. Belə ki, çox miqdarda tərəvəz və meyvə qəbul edən insanlarda sızanağa çox az rast gəlinir, əgər rast gəlinirsə də dərin izlər buraxmır.

Yetkinlikdə yaranan civzələr 1-2 il ərzində keçib gedir, amma elə insanlar var ki, 30 yaşa qədər bu davam edir. Hətta bu civzələr daha çox böyüyüb qaşına bilər, ağrılı keçə bilər.

Bu civzələr əksər vaxtlarda alın, çənə və müəyyən zaman keçəndən sonra kürəkdə meydana gəlir. Bu cür vəziyyətlərdə hökmək bol tərəvəz və meyvələr qəbul olunmalıdır.

Yetkinlik sızanaqlarından azad olmaq üçün üsullar:

  • yumurta, süd və süd məhsulları qəbul etmək
  • soğan, sarımsaqdan imtina edilməməli
  • mövsümə görə üzüm qəbul etmək, yaxşı olar ki, səhərlər iki stəkan ağ üzüm suyu içəsiniz
  • unutmayın ki, qəbizlik də sızanağa səbəb ola bilər
  • dəri hər zaman mütləq təmiz olmalıdır
  • qaraciyərdə problem varsa həkimə müraciət olunmalı və dərhal müalicə olunmalıdır
  • təbii otlardan hazırlanmış çayları da qəbul etmək bu problemdən azad olmaq üçün yaxşı üsuldur.

Redakte etdi: PRETTY GIRL

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 6 440
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri