Gəlinliyə uyğun duvağı necə seçməli?

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 3 359
Səs ver:
(səs: 2)
Hər bir gənc qız ən özəl günü olan toy günündə qüsursuz görünmək istəyir. Bu məqsədlə gələcəyin gəlinləri onlara təklif edilən bir çox modellər arasından vücudlarına ən uygun gördükləri gəlinlik modelini seçirlər. Ancaq seçilən gəlinlik doğru aksessuarlarla tamamlanmazsa o zaman qüsursuz görüntü əldə etmək də mümkün olmayacaqdır.

Duvaq modelləri arasında üzü örtən, qabarıq, rahibə, uzun və qısa duvaq modelləri mövcudur.


1.
Qabarıq gəlinliklər üçün qısa duvaq modelləri daha uyğundur. Bu modeldə sizin boyunuz vizual olaraq daha uzun görünəcək.

Gəlinliyə uyğun duvağı necə seçməli?


2. Dar kəsimli və balıq model gəlinliklər üçün isə uzun duvaq modellerini seçmək daha məqsədəuyğundur. Bu model əsasən incə və uzun xanımlar üçün nəzərdə tutulub.


3. Uzun və eyni zamanda qabarıq duvaq modelləri tam sadə gəlinliklər üçün nəzərdə tutulub. Qabarıq gəlinliklərlə bu cür duvaq modeli sizi olduğunuzdan daha artıq çəkili göstərə bilər.



4. Əğər seçdiyiniz gəlinlik modeli az qabarıq və a formalıdırsa o zaman uzun və qat-qat duvaqla gəlinliyinizi doğru şəkildə tamamlaya bilərsiniz. Hatta duvaqda işlənmiş güpür detalları bu model gəlinliklər üçün qüsursuz bir mənzərə yaradacaqdır.

(səs: 2)
Şərhlər: 5
Baxılıb: 3 359
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri