Baxışın sehri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 755
Səs ver:
(səs: 1)

Baxışın sehri

Hər bir qadın uzun, sıx və cazibədar kirpiklərə sahib olmaq arzusundadır. Bəs buna necə nail olmaq olar? Məlumdur ki, gözlər və kirpiklər çirklənmiş havaya, toza, hətta makiyaja qarşı həssasdırlar: gözlər sulanır və gözlərdə iltihab prosessi yaranır. Kirpiklər isə nazik və cansız görünüşlü olurlar. Belə bir deyim var: " Gözlər qəlbin aynasıdır". Bəs onları necə qoruyaq? Gündə 2 dəfə - səhər və axşam kirpiklər və göz ətrafı dəri üçün bir neçə proseduru yerinə yetirmək lazımdır. İlk öncə sabundan imtina edin. Gecə yatmazdan öncə kirpikləri və göz ətrafı dərinizi vitaminləşdirilmiş balzam və kremlərlə qidalandırın. Amma unutmayın ki, krem yağsız olmalıdır. Kirpik və göz ətrafı dəri üçün nəzərdə tutulmuş kremlərin tərkibi ayı pəncəsi yağı (repeynoye), gənəgərçək yağı və çəhrayı yağlar kimi xeyirli və çox faydalı vasitələrdən ibarətdir. Göz ətrafı dəri üçün krem xüsusi diqqətlə seçilməlidir. Yaxşı olar ki, 2 kremdən istifadə edəsiniz: biri gel, digəri isə emulsiya tərkibli. Kremdən axşamlar istifadə etməniz məsləhətdir. Kremin qalıqlarını isə salfetlə silin. Əks halda səhər gözaltı dəri şişkin olacaq. Masajı barmaqlarınızla gözün daxilindən yuxarı tərəfə, sonra gözün üstündən gicgaha doğru edin. Göz ətrafı nazik və həssas olduğuna görə,masajı zərif və incə hərəkətlərlə etmək lazımdır. Əks təqdirdə dəri dartılmaya məruz qalır və tez bir zamanda qırışlar əmələ gəlir. Göz makiyajını silmək üçün müxtəlif vasitələrdən istifadə edin. Onlar göz ətrafı dəriyə təsir göstərir və tərkibində olan təbii maddələr dərini yumşaldır və təravətləndirir. Bu losyonları pambıq tamponlara 1-2 damcı damızdırıb, gözə qoymaq lazımdır. Gözləri ovmaq qəti məsləhət görülmür. Əgər göz ətrafı dəridə hələ qırış əmələ gəlməyibsə, profilaktik tədbirlər görün - müxtəlif balzam və kremlərdən istifadə edin. Gözlər qəlbin aynasıdır. Əgər gözlərinizdə şişkinlik, qaraltı müşahidə olunarsa, böyrəklərin fəaliyyətinə fikir verin. Qaraltılara qarşı çiy kartof, xiyar dilimlərini göz ətrafına qoymaq kifayətdir. Tuş seçimi Tuş seçərkən tərkibindəki komponentlərə fikir verin. Məsələn, gənəgərçək yağı kirpikləri qidalandırır və uzanmasına səbəb olur. Tuşunuzu hər 4 aydan bir yeniləməyiniz məsləhətdir. Bəs nazik kirpiklli olan qadınlar estetik yolla həll oluna bilməyən problemi necə həll etsinlər? Bu problemi kirpiklərin taxılma proseduru ilə həll etmək mümkündür. Kirpiklər at tükündən hazırlanır və orta, qısa və uzun olurlar. Belə kirpiklər natural kirpiklərdən fərqlənmirlər və ömrü 2-3 həftə olur. Bu kirpikləri makiyaj etmək olar. Yalnız tuşdan istifadəsi qadağandır. Düzgün makiyajı necə etməli? Əvvəlcə salfetlə kremin qalıqlarını silmək, daha sonra isə kölgə və göz karandaşından istifadə etmək olar

 

Redakte etdi: PRETTY GIRL

(səs: 1)
Şərhlər: 3
Baxılıb: 4 755
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri