Pul xərcləmədən baxımlı və tərz görünmək üçün 6 qayda

Müəllif: Sweet Candy
Şərhlər: 6
Baxılıb: 4 435
Səs ver:
(səs: 0)
Əlbəttə layiqli görünmək üçün sadəcə bahalı əşyalar və geyimlər almaq mütləq deyil. Bəzən bahalı olmayan libas hətta daha gözəl görünə bilər, nəinki bahalı. Geyim alarkən ən vacibi – əsas səhvlərdən yayınmaqdır.

AĞIR DEKOR ELEMENTLƏRİNƏ “YOX” DEYİN.

Pul xərcləmədən baxımlı və tərz görünmək üçün 6 qayda


Söhbət ulduzlar, muncuqlar, parıltı verən biserlər və sairdən gedir, futbolka, cemper, qısa köynək, gödəkçələrin bu ünsürlərlə yüklənməsinə yol verməyin. Bu ucuzluq effekti özünü ən çox qara və üzərində bərbəzək olan paltarlarda göstərir.

BƏZİ ƏŞYALAR MÜTLƏQ YAXŞI KEYFİYYƏTLİ MATERİALDAN OLMALIDIR



Bəzi parçalar və materiallar yalnız yüksək keyfiyyətli olduqda gözəl görünür. Əks halda onlar dərhal gözə batır. Misal üçün, krujeva. Əksər hallarda dərhal görünür, istisna ilə qarşılaşmamışam. Əgər sizin krujeva istifadə olunan geyimlərdən xoşunuz gəlirsə, onda keyfiyyətli işləri seçin. Bu məhz o haldır ki, ya siz yaxşı keyfiyyətə görə pul ödəməlisiniz, ya da ümumiyyətlə krujeva almayın. Ucuz almağa dəyməz.

Eyni qayda ağ rəngli libaslara da aiddir. Ağın üzərində keyfiyyət dərhal sezilir.

GEYİMİN ƏYİNDƏ DURUŞU VACİBDİR



Söhbət paltarın tikilişindən gedir. Sallaqlar, kəsişmələr, büzmələr, boş hissələr elə detallardır ki, obrazı poza bilər, hətta geyim bahalı markaya aid olsa belə. Baxmayaraq ki siz ona pul ödəmisiniz, əyində ucuz görünəcək. Çalışın ki, elə brendlərə ya orta qiymətli markalara üstünlük verəsiniz ki, onlar sizin bədən ölçülərinizə uyğun tiksin. Məsələn Bershka-dakı geyimlər daha çox incə və bəstəboy qızlar üçündür.

HƏDDİNDƏN ÇOX CANFƏŞANLIQ ZİYANDIR



Hər kəs üçün baza qarderob fərqli və özünəməxsusdur. Bəzən belə məsləhətlərə rast gəlirik ki, hər bir xanımın qarderobunda balaca qara donu olmalıdır. Amma mən inanıram ki, hər bir qadının özünə uyğun uzunluqda və rəngdə donu olmalıdır. Amma universal qaydalar var. Sadə tikişli baza əşyalara üstünlük verin, gərəksiz detallar olmasın. Onda siz səhv etməyəcəksiniz, geyim isə dəbdən düşməyəcək.

RƏNGLƏRİN AHƏNGİNƏ FİKİR VERİN



Bir dəfəlik, boz və qaranı unudub, rəngləri uyğunlaşdırmağı öyrənin. Yaxşı olar ki parlaq və səssiz çalarlara üstünlük verəsiniz. Qara, boz və ağ – axromatik rənglərdir (yəni onlarda rəng yoxdur), buna görə də onlarla istənilən rəng ahəng yarada bilir.


ÖZÜNÜZƏ QULLUQ ETMƏYİ UNUTMAYIN



Yadda saxlayın ki qulluq edilmiş dəri, füsunkar makiyaj və səliqəli saç düzümü həmişə sizə daha tərz görünməyə kömək edəcək, hətta adi cins şalvar və futbolka geyinsəniz də.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 435
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri