Göz dəyişdirməyin təbii və effektiv üsulu...

Müəllif: Sweet Candy
Şərhlər: 8
Baxılıb: 3 031
Səs ver:
(səs: 0)
Dünyaya gələn bütün insanlar fərqlidirlər; kimisi dərisi ilə, kimisi bədən quruluşu və yaxud xarici orqanları ilə. Bütün hallarda onların bəziləri fərqliliklərini qebul edib sevərkən bəziləri də daha böyük yeniliklərin axtarışına çıxarlar. Misal olaraq, günümüzdə öz aktuallığını saxlayan məsələrdən biri də göz rənginin istər əməliyyat müdaxiləsi ilə, istərsə də təbii şəkildə dəyişdirilməsidir.

Ümumiyyətlə, qeyd etdiyim kimi, göz rənginin həmişəlik olaraq dəyişdirilməsi üçün bir sıra üsullar mövcuddur. Onlardan ən geniş yayılan növü isə Biokinezi, yəni, kinetik enerji ilə bədən dəyişimidir. Bu üsul zehin vasitəsi ilə bədənə, beyinə hökm etməkdir və onun sayəsində göz rəngini dəyişdirmək mümkündür. Lakin, bu üsuldan istifadə zamanı yetəri qədər diqqətli olmaq lazımdır yoxsa çalışmaya başladığınızda bitirmədən buraxsanız biokinezi sizin üçün zərərli ola bilər.

Addım 1. Bu çalışmaya yatmazdan qabaq başlayın. Yumuşaq bir yerə əyləşin. Gözünüzü bağladığınızda yaranan boşluğa fikir yönəldin.

Addım 2.
Rahatladıqdan sonra bədəninizi və gözlərinizi qapalı olaraq xəyal edin. Sonra xəyal etdiyiniz bədəninizin gözlərini yavaşca açdığını xəyal edin. Gözlər açıldıqda göz rənginin yavaşca dəyişdiyini izləyin. Dərin bir şəkildə kölgə və rəngə fokuslanın.

Addım 3. Artıq müxtəlif göz rənglərinə sahib olan xəyal etdiyiniz bədəninizin özünüzə doğru irəlilədiyini, içinizə girdiyini, onun sizin tərəfindən əmildiyini xəyal edin. Sonra özünüzün xəyali olaraq gözlərinizi açdığını və güzgüyə gedib baxdığınızda öz göz rənginiz yerinə istədiyiniz rəngi görün.

Addım 4. Normal dünyaya geri dönün. Şüurunuz yenidən açılsın. Fokuslandığınız şeyin təsirlərinə baxın.

Bu çalışmanı bir ay ərzində hər gecə etməyə çalışın. Xəyali olaraq güzgüyə baxdığınızda istədiyiniz göz rəngini görün. Özünüzü əslində gerçəkdə də əsl göz rənginizin bu olduğuna inandırmağa çalışın.Gerçək güzgüyə baxdığınızda gerçək olmuş kimi reaksiyalar verin..Daha böyük bir inandırıcı təsir üçün bunu dostlarınızla da paylaşın.Əgər bir ay ərzində çalışmalarda böyük bir dəyişiklik olmadan müntəzəm olaraq etsəniz gözlərinizin şiddətli bir şəkildə rəng dəyişdirməyə başladığını görəcəksiniz.Özünüzü inandırsanız, güclü bir dəyişim görərsiniz və çalışmanı tamamlamış olursunuz.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 3 031
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri