Miranda Kerrin gözəllik sirrləri

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 1 993
Səs ver:
(səs: 1)
Miranda Kerr son zamanlarda podiumlarda boy göstərən ən gözdə modellərdəndir. Orlando Bloom ilə evli olan Avstraliyalı model, eyni zamanda bir uşaq anasıdır. 29 yaşında olan gözəl model eyni zamanda Victorias Secret markasının da baş tacıdır. Sahib olduğu gözəlliyi və bir uşaq anası olmasına baxmayaraq qoruduğu möhtəşəm bədəni isə bütün dünyanın maraq mövzusudur. Yaxın bir zamanda yaşayan ən seksual qadın seçilən Miranda Kerr, bədənini necə qoruduğunu hamı ilə bölüşür. Uşaq dünyaya gətirdikdən çox qısa bir müddət sonra, əvvəlki formasında daha yaxşı formla podiumlara qayıdan model hamını təəccübləndirməyi bacarır. Xüsusilə qidalanması mövzusunda xeyli həssas olduğu məlum olan Kerr, özünə ən çox soruşulan o sualı, formanı necə qoruduğunu söylədi.

Miranda Kerrin gözəllik sirləri:
İlk növbədə qidalanma mövzusunda sertifikatlı mütəxəssis olan Miranda, orqanik məhsullara çox böyük bir həvəsnən bağlıdır.

Sağlam qidalanmaq adına ən çox əhəmiyyət verdiyi şey, orqanik ət, toyuq və tərəvəz ilə qidalanmaq.

Hər səhər yeməkdən əvvəl bir stəkan isti limonlu su içən Miranda Kerr, bu səbəbdən günə başlamazdan əvvəl yağlarını əritməyə qarşı ilk addımını atır.

Gün içərisində mütləq yaşıl çay və yaşıl yarpaqlı tərəvəzlərin suyunu içməyi təxirə salmayan model, bunlar sayəsində daim fit qala bilir.

Qidalanmanın əhəmiyyətini hər dəfə bildirən Kerr, zülallara üstünlük verdiyi bir bəslənmə tətbiqi həyata keçirir. Yağları yox deyiləcək qədər az sərf edən əfsanə gözəl, lazımlı yağ ehtiyacını sağlam olaraq təyin olunan qidalardan almağa qayğı göstərir.

Edilən yeməklərə bişirmə əsnasında əlavə yağ qoyulmasını seçim etmir. Onsuz da başlıca olaraq pörtləmə və buğlama kimi bişirmə üsullarına üstünlük verir.

Gün içində nizamlı bir idman proqramı olan gözəl modelin, idmandan sonra bitkin düşməmək üçün çox az miqdarda karbohidrat aldığı da məlumdur.

Karbohidrogen alışını da eyni yağlarda olduğu kimi təbii yollarla almağa üstünlük verir. Və karbohidrat istehlakı üçün ən güvəndiyi qidalar tərəvəz və meyvələrdir.

Miranda Kerr, qidalanma və idman proqramını birlikdə aparır və bu proqramları peşəkar insanlarla birlikdə aparır. Bədənini işlətmək və formada qalmaq üçün əl çəkmədiyi üç idman var; Pilates, yoqa və boks. Həftədə ən az 3 və ya 4 gününü bu idman növlərinə ayıran Kerr, həftə sonlarında isə üzməyə üstünlük verir.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 993
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri