Ehtiraslı baxışların sirri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 5 737
Səs ver:
(səs: 0)

Ehtiraslı baxışların sirri

Gözlərinizin daha iri görünməsini təmin etmək üçün intimi makiyajdan istifadə edə bilərsiniz. Məsələn, metal rənglərdən və qara göz kölgələrindən daha çox istifadə etsəniz arzuladığınız nəticəni əldə etmiş olarsınız.
Christian Dior'un  beyxəlxalq gözəllik mütəxəsisi Shane Paish qadınlara aşağıdakıları məsləhəti görür.
Hazırlıq

Sarı korrektor alın və gözün iç tərifinə tətbiq edin, qara halqaların yox olmasını təmin edin.
1. Qəhvəyi göz kölgəsini qaşlarınızın altından başlayaraq gözün hər tərəfinə çəkin. Bu rəngin həm qızartıları, həm də ləkələri görünməz edəcəyindən əmin olun.
2. Gözlərinizi yumub barmağınızla gözün orta hissəsinə şokolad rəngində göz qələmini gözün kənar hissələrinə qədər yayın. Beləcə gözləriniz daha iri görünəcək. Qələmi kirpiklərin dibinə nə qədər yaxın çəksəniz, bir o qədər yaxşı nəticə əldə etmiş olarsınız.
3. Metal rəngində olan göz kölgəsini gözlərinizin iç hissəsinə çəkin. Burunun kənarlarına isə ağ rəngdə kölgə çəkin. Beləliklə, gözlərinizin daha parlaq və iri görünməsinə nail olacaqsınız.
4. Kirpiklərin alt və üst diblərinə ağ rəngdə göz qələmi çəkin. Bu üsul, gözün olduğudan daha iri görünməsinə səbəb olur.
5. Tuşu kirpiklərə dik tutub çəkmək lazımdır. Tuşun ucu ilə kirkiplərinizi yuxarıya doğru qaldırın. Beləcə kirpikləriniz daha canlı və cazibədar görüntü qazanacaq.  Sonra isə tuşun fırçasını çevirib məhsulu əks tərəfi ilə çəkin.
Bütün bunları etdikdən sonra güzgüdə gözlərinizin nə qdər iri və ehtiraslı göründüyündən özünüz də təəccüblənəcəksiniz.

 

Redakte etdi: PRETTY GİRL

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 5 737
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri