Yaponların qadını cavanlaşdıran DƏRİ ORUCUNUN SİRRİ

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 583
Səs ver:
(səs: 0)
Heç bir gözəllik və baxım məhsulu istifadə etmədən üç həftə keçinmək dərini cavanlaşdırır.

Qadinla.com xəbər verir ki, yapon kosmetoloqları dərini cavan saxlayan yeni trendi müəyyələşdirib. Yeni trendə əsasən dərinin sağlam olmasını istəyirsinizsə, 3 həftə boyunca dəri baxımından uzaq durmalısınız. "Dəri orucu" adlanan bu proqramda dərinin öz yağını təkrar istehsal etməsinə icazə verilir.

Yaponiyanın dəriyə qulluq mərkəzi olan “Mirai Clinical” tərəfindən icad edilən bu üsula “dəri orucu” deyilir. Bunun üçün heç bir xüsusi məhsula ehtiyac yoxdur, ayin olduqca sadədir, 3 həftə müddətində dəriyə heç bir dekorativ kosmetik vasitə və baxım məhsulları sürtmürsünüz. Bu sirrin arxasında gizlənmiş səbəb dərini bərpa etmək və elastikliyi gücləndirmək dayanır.

Dermatoloq Liv Kraemer yeni tendensiyaya müsbət yanaşdığını deyib:

“Dəriyə heç bir kosmetik vasitə çəkməmək, ona həddən artıq makiyaj çəkmək qədər zərərlidir. Çünki bu mikrobiasiyaları (toxumalarda və bioloji mayelərdə olan mikroorqanizmlərin birləşməsi ) qeyri-sabit hala gətirə bilər. Dəri qatında qıcıqlanma, sızanaq və qızartı kimi dəri xəstəliklərinə səbəb ola bilər.

Dəri qatını poza biləcək makiyaj məhsullarını bir müddət tərk etmək faydalıdır. Bu yolla dəri təbəqəsi əvvəlki vəziyyətinə qayıdaraq oksigenlə təmin olunur. "Dəri orucu"nun əsas vacib hissəsi dərini daxilən də qidalandırmaqdır. Brokkoli, ispanaq kimi qidalar bağırsaq və dəri üçün olduqca faydalıdır".

(səs: 0)
Şərhlər: 4
Baxılıb: 583
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
BakılıQız
Ne cox makiyajdan ,nede maskalardan istifade edirem.
4 iyun 2019 16:35
4
Online
vipbetul
deriye makyaj cekmedikde yaxsi olur
4 iyun 2019 09:21
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
diablo
Bu yaponlardan nə desən çıxır daa02
3 iyun 2019 17:48
2
Perfect
Offline
BARBI
Ilk defedir bele termin esitdim.Maraqlidi
3 iyun 2019 17:36
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri