Merlin Monronun gözəllik sirləri

Müəllif: Love Angel
Şərhlər: 4
Baxılıb: 3 520
Səs ver:
(səs: 0)
Hollivudun ovsunlayıcı gözəlliyiylə indinin özündə belə ağılımızdan çıxmayan Monro qadınların öz stillərini yaradarkən tez-tez ilham aldığı bir cazibədarlığa sahibdir.

Hormonlu gözəllik kremi
Merlin Monro haqqında yazılanlara görə, gözəl xanım dərisinin parlaq bir görünüşə sahib olması üçün hormonlu bir gözəllik kremi istifadə edirmiş. Bu kremin ehtiva etdiyi hormonlar sayəsində Monronun dərisində incə bir qat tüklənməyə səbəb olurmuş və bu ağ tüklər kamera işıqlarında məşhur aktrisanın dərisinə gözəl bir işıltı yayırmış. Hormonlu gözəllik kremlərindən istifadə etmək çox da geniş yayılmasa da, dəriyə parlaqlıq verən makiyaj məhsullarına üstünlük verə bilərsiniz.

Merlin Monronun gözəllik sirləri

Özünüzə uyğun dodaq boyasını seçin
Monro deyiləndə ağlımıza gələn ilk şeylərdən biri təbii ki, qırmızı dodaq boyasıdır. Aktrisanın bütün fotolarında dodağında qırmızı dodaq boyası olduğunu görə bilərsiniz. Ancaq hər hansı bir qırmızı boya sizin üçün uyğun olmaya bilər. Makiyaj mütəxəssisləri dodaq boyası seçimində dəri tonunuza və gözlərinizin rənginə uyğun bir qırmızı tonu seçməyinizi tövsiyə edir. Mavi gözlülər üçün real qırmızı tonunu istifadə edərkən, ala və yaşıl gözlü xanımlar qırmızının narıncıya yaxın tonlarını və qəhvə rəngli gözlərə sahib şəxslər də qırmızının moruğu tonlarını istifadə edə bilər.



Qüsursuz olmağa çalışmayın
Merlin Monro sizi gözəl edən şeylərin fərqlilikləriniz olduğunu və bu xüsusiyyətlərinizi sevməyinizi nəsihət edərmiş. Digərləri kimi görünmək əvəzinə özünüzü xüsusi edən tərəflərinizi ortaya çıxarın. Beləcə, öz gözəlliyinizi olması lazım olduğu kimi əks etdirə biləcəksiniz.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 520
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri