Az pul xərcləyib istədiyimiz kimi geyinə bilərikmi?

Müəllif: Love Angel
Şərhlər: 3
Baxılıb: 360
Səs ver:
(səs: 0)
Alış-veriş etməyi çox sevirik. Təsadüfi deyil ki, yeni geyimlər, ayaqqabılar alarkən özlərini xoşbəxt hiss edənlərin sayı az deyil. Xüsusilə, qadınların depressiyadan çıxmaq üçün istifadə etdiyi ən yaxşı “müalicə” üsulu alış-verişdir. Təbii olaraq, bu “ritual” bizə pulsuz başa gəlmir. Bu gün brend mallar geyinmək üçün büdcəsinin yarıdan çoxunu xərcləyən gənclər kifayət qədərdir. Bəs necə edək? Geyim büdcəmizi tənzimləmək mümkündürmü? Ümumiyyətlə, az pul xərcləyib istədiyimiz kimi geyinə bilərikmi?

Modelyer-dizayner Şəlalə Maqsudova da təsdiqləyir ki, daha çox gənclər bahalı, brend geyinməyə üstünlük verirlər. Onun sözlərinə görə, istər orta, istərsə də kasıb təbəqədən olan gənclər geyimlərə həddindən artıq çox pul xərcləyirlər: “Mən insanların, xüsusilə də gənclərin geyimə çox pul xərcləməsinə normal yanaşmıram. Bu, israfçılıqdır. Brend geyimlər həddindən artıq bahadır. Əgər gənclərin fantaziyaları yaxşıdırsa, satışda olan ucuz geyimləri gözəl, zövqlü geyimlərə çevirə bilərlər. Mənə müraciət edənlərin əksəriyyəti gənclərdir. Onların brend olmayan dükanlardan ucuz qiymətə aldıqları geyimlərdən, üzərilərinə gözəl bir formada hansısa işləmələr, qatqılar qatmaqla, bahalı geyimi əldə etmək mümkündür”.

Modelyer deyir ki, bir geyimi 4-5 dəfə geyindikdən sonra gözdən düşür və ödədiyin pula heyfslənirsən: “Geyimə çox pul xərcləmək düzgün deyil. Mən müasir gənclərə fikir verirəm. Bir geyimi 4-5 dəfə geyindikdən sonra, onu qarderobun hansısa küncünə atırlar. Halbuki, o geyimi yenidən fərqli formada yaratmaq mümkündür. Hazırda istehsal olunan parçaların əksəriyyətində sintetika çoxdur. Sintetika isə geyimlərin uzun ömürlü olmalarına daha çox dəlalət edir. Bu səbəbdən alınan hər bir geyim, yararsız hala gec düşür və uzun müddət istifadə olunur. Hər bir geyim, çox istifadə olunduqdan sonra gözdən düşsə belə, onu yeni fərqli modaya salmaq olar. Qısa desək, köhnə geyimlərə yeni nəfəs vermək mümkündür. Belə olduğu halda, gənclərin pulları da ciblərində qalır”.

Modelyerin sözlərinə görə, adi ağ köynəkdən belə, göz oxşayan geyim forması yaratmaq olar: “Bu yaxınlarda mənə bir xanım tələbə yaxınlaşdı. Sadə, ağ rəngdə köynək gətirmişdi. Onun qarşısına gözəl rəsm əsəri çəkərək, həmin köynəyi çox gözəl vəziyyətə gətirdik. Bahalı köynəyə oxşadı. Halbuki həddindən artıq ucuz idi. Qarderob küncündə qalan köynək, işləmələrlə gözəl bir geyimə çevrildi”.

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 360
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
asiklar
Mən lovğalanmağı sevmirəm.Ay bunu minə aldım.Ay bunu yüz manata aldım. Beş manatlıq geyin amma gözəl geyin.Qiymətin nə önəmi var.İnsan olduğu kimi gözəldi
1 avqust 2019 00:27
3
Şirin
Offline
KRALİCEM
Ucuzun geyin zovqlu geyin o qeder bahali geyinibde zovqsuz geyinlerler var
30 iyul 2019 11:25
2
sukur verdiklerine
Offline
BARBI
Men de sevirem bele ferqlilikleri.Men sevmirem brend geyimler cox pul vermeye
29 iyul 2019 21:12
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri