Baxımlı görünürəm - Cazibədar qadınlardan 15 gözəllik sirri.

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 3 466
Səs ver:
(səs: 0)
1. Heç vaxt yatmazdan əvvəl üzünüzü yumağa laqeydlik etməyin. Heç bir yorğunluq gecə üzdə makiyajla yatmağa bəhanə ola bilməz. Əks halda üzünüz solğun rəng alacaq, erkən qırışlar, qara nöqtələr və məsamələr əmələ gələcək.

2. Gözəllik baxımınıza kompleks şəklində yanaşın. Maskalar etmək təbii ki yaxşıdı, ancaq düzgün qidalanmasanız, təmiz havada tez tez gəzməsəniz və yuxunuza fikir verməsəniz heç bir maska müsbət nəticəsini verməyəcək.

3. Özünüzün təkrarolunmaz ətrinizi tapın. Bir ömür boyu eyni ətirdən istifadə etmək məcburiyyətində deyilsiniz. Sizə sadəcə elə ətir seçmək lazımdır ki, sizi unudulmaz etsin. Ətir köməkliyi ilə öz şəxsiyyətinizi üzə çıxarın və obrazınızı tamamlayın.

4. Qaşlarınızın formasına diqqətlə yanaşın. Burda dəb arxasiyca düşməyin çünki hər kəsə eyni formada qaşlar yaraşmır. Sadəcə daha təbii formada qaşlarınız olsun. Bir ton daha açıq qaş qələmindən istifadə edin.

5. Saç uzadıram deyərək gözəllik salonlarından yan keçməyin. Saç kəsiminizdən asılı olmayaraq 2 ayda bir dəfə saçlarınıza qayçı dəyməlidir. Yadda saxlayın, heç bir yağ, maskalar və bu kimi vasitələr sizi saçqırandan xilas etməz. Saç uclarınızı kəsdirməkdən qorxmayın, belə olanda saçlarınız daha baxımlı görünəcək.

6. Dırnaq və əllərinizə qulluq edin. Manikur dizayn nümunələri minlərlədir. Həmişə sadə lakli və ya fransız manikuru seçimi etmək olar. Ən başlıcası dırnaqların baxımlı görünməsidir.

7. Qarındakı piylər siz press edərkən yanmazlar. Press yaranacaq ancaq piyin altında. Bu cür etdikdə qarın hətta böyüyə bilər. Qarındakı piyləri əritmək üçün, həmişə qarını içəri çəkin və əzələləri gərginləşdirin.

8. "Saat 6-dan sonra yemək yeməzlər" qaydası hər kəsə aid deyil. Sadəsə yatmazdan 3-4 saat əvvəl yemək lazımdır.

9- Kontrast duş çox xeyirlidir. Qan dövranını yaxşılaşdırır, metobolizma sürətlənir, selulitlər hamarlaşır. Həmdə uz dərisi rəngi yaxşılaşır və insan daha gümrah olur.

10. Yemək yeyəndə çoxlu çeynə və tələsmə. Bu da metobolizmanı işlətmək üçündür. Bu həmdə fransız qadınlarının sirridir - Onlar qida qəbulu zamanı tələsməzlər və heç vaxt ara öyün etmirlər

11. Doymaq hissi yeməkdən 20 dəqiqə sonra gəlir. Yeməkdən sonra hiss etsən ki doymamısan, yenidən yemək əvəzinə bir az gözləsən doyduğunu görəcəksən. Beləliklə çox yeməyib kökəlməyin qarşısını almış olacaqsan.

12. Hər saat 1 stəkan su iç (ən yaxşısı az az qurtumlarla, belə daha faydalıdır). Suya limon ya nanə də əlavə edə bilərsən. Suyu sev!

13. Kofe, siqaret, alkaqol, qazlı sular, kolbasa, fastfud, mayonez - sənin başlıca düşmənlərindir. Bu sözləri selulit, artıq kilolar, piylərlə asossasiya et və onlara nifrət et!

14. Çay içmə! Bu adətini tərgit. İçəndə də şəkərsiz iç, artıq uqlevodlar nəyinə lazımdır? Şəkəri balla əvəz et.

15. Yaşıl çay - gündə 2 dəfə içə bilərsən. Sakitləşdirir və orqanizmi təmizləyir.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 466
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri