Aybüke Pusatın gözəllik sirləri

Müəllif: Love Angel
Şərhlər: 4
Baxılıb: 2 723
Səs ver:
(səs: 0)
2014-cü ildə Miss Türkiyə üçüncüsü seçilən Aybüke Pusat həm rol aldığı filmlərlə, həm də gözəlliyi ilə Türkiyənin diqqətini çəkməyi bacarır. Parlaq saçları, gözəl gözləri ilə tanınır. Onun gözəllik sirlərini sizə təqdim edirik.

Dəri baxımı

"Hər gün üzümü və boynumu dermatoloji məhsullarla təmizləyirəm. Sonra limon suyu çəkib qurumasını gözləyirəm. Kremi sonradan çəkirəm. Bu dərinin elastikliyini və canlılığını artırır. Pilinq üçün hazır məhsullar almıram. Soda və türk qəhvəsinin qarışımı ilə pilinq hazırlayıram. Dərini həm yumşaldır, həm də təbii məhsullardır. Bütün bədən üçün də istifadə etmək olur."

Saç baxımı

" Duş qəbul edərkən soyuq su ilə bitirirəm. Bu bədənimin ayılmasına kömək edir. İstifadə etdiyim şampunun maskasından istifadə edirəm. Şampun seçiminə diqqət edirəm. Saç kremi istifadə etmirəm. 3 ayda bir keratin baxımı etdirirəm. Arqa yağı ilə evdə maska çəkirəm.

Əl və ayaq baxımı

" Rəqqas olduğum üçün ayaq dırnaqlarım deformasiyaya məruz qalır. Ona görə tez-tez pedikürə gedirəm. Ayaqqabılarımla həmişə dabanlıq istifadə edirəm. Gecə yatmadan əvvəl ayaqlarımı kremləyib corab geyinirəm.

" Bol su içirəm, yuxusuz qalmamağa diqqət edirəm. Kosmetik məhsullar yerinə dermatoloji məhsullardan istifadə edirəm. Dərimin və saçımın tipinə uyğun kremlər və sabunlar istifadə edirəm."
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 723
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri