Sofi Lorenin gözəllik sirri

Müəllif: Love Angel
Şərhlər: 3
Baxılıb: 2 638
Səs ver:
(səs: 1)
Dünya kinosunun əfsanəsi Sofi Loren gəncliyinin və gözəlliyinin sirlərini bölüşüb.

84 yaşlı Sofi öz təravətini əsasən pozitivliyinə borclu olduğunu bildirib.

Canlı əfsanə hesab edir ki, cazibədarlığın ən başlıca sirri xoş əhval-ruhiyyədir. "Mən hər zaman pozitiv düşünməyə çalışıram. Məni çox nadir hallarda kədərli və bədbin görə bilərsiniz. Başqalarında xoş təəssürat oyatmaq istəyirsinizsə, həyatın hər anından zövq alaraq yaşayın.

Çalışın ətrafınızda hər zaman sizi sevən, birgə vaxt keçirməkdən zövq aldığınız insanlar olsun. Hər birimizin həyatında problemlər var. Stress və həyəcandan kənar qaçmağa çalışın. Nə olursa olsun, öz qayğınıza qalın. Dincəlin, kitab oxuyun, günün batmasını seyr edin. Bir sözlə sizi xoşbəxt edəcək ən xırda məqamdan belə, özünüzü məhrum etməyin"

Özünü ləzzətli yeməklərdən məhrum etməyib. O qeyd edir:

" Yediyiniz qidalara diqqət yetirin. Kökəlmək istəmirsinizsə, az-az və tez-tez yeyin. Mən adətən günümə ağartı məhsulları ilə zəngin səhər yeməyi ilə başlayıram. Günüm doyumlu naharla davam edir. Şam yeməyimə isə azkalorili tərəvəz salatları, ət və meyvələr daxil edirəm. Buna baxmayaraq dadlı şirniyyatları da çox sevirəm və həftənin bir-iki günü məmnuniyyətlə yeyirəm. İdeal bədən quruluşuma görə həmçinin fəal həyat tərzimə borcluyam".
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 638
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri