Belə tüklərdən xilas olmaya epilyasiya deyilir.
Epilyasiyanın bir sıra növləri vardır:
Onların müsbət və mənfi cahatləri aşağıdakılardır:
Mexaniki – Bu metod "dədə-baba” üsuludur. Buna baxmayaraq bu metoddan bəzən indi də istifadə olunur.
Müsbət – Belə epilyasiya nəticəsində insan orqanizminə heç bir kimyəvi maddələrlə təsir göstərilmir.
Mənfi – Tüklərin qoparılaraq çıxarılması nəticəsində qoparılmış tükün yerində iltihab baş verir.
Kimyəvi – Kimyəvi metodlara bir sıra maddələr daxildir- kremlər, mazlar və s.
Müsbət: Tez-bazar istənilən nəticəni əldə etmək olur, ev şəraitində də tətbiq etmək mümkündür.
Mənfi: Belə maddələrdən bəziləri dəridə kimyəvi yanıqlara səbəb ola bilər.
Elektroepilyasiya – Elektrik cərəyan ilə tüklərin kökünə təsir göstərilir.
Müsbət: Tükləri uzunmüddətə və ya həmişəlik məhv edir –insanın orqanizmindən asılıdır.
Mənfi: Prosedur ağrılı və uzunmüddətlidir. Bəzən dəridə yüksək qıcıqlanmalara səbəb olur.
Bioepilyasiya – parafinlə(vosk) epilyasiya.
Müsbət: Müvəqqəti olaraq tüklərdən azad olmaq üçün yaxşı üsuldur. Qısa müddət ərzində böyük nahiyələrdən tüklər təmizlənə bilir.
Mənfi: Müvəqqəti effekt. Eyni metodla yenidən tüklərdən azad olmaq üçün tüklərin müəyyən uzunluğadək uzanmasını gözləməlisiniz.
Lazer epilyasiyası – Lazer şüalarıyla tüklərin kökləri məhv edilir.
Müsbət: Prosedur ağrısızdır.
Mənfi: Lazer epilyasiyası tüklərinin rəngi dərisinin rəngindən açıq rəng çalarlarında olan xanımlara uyğun deyil.
Fotoepilyasiya – Pasienti xüsusi apparat vasitəsilə şüalandırırlar.
Müsbət: Prosedur ağrısızdır. Bu metod vasitəsi ilə rəngindən, nazik və ya cod olmasından asılı olmayaraq bütün tüklərdən azad olmaq mümkündür.
Mənfi: Bu tip epilyasiya nəticəsində dəridə müxtəlif allergiyalar, iltihablar və həmçinin dəridə müəyyən hissələrdə rəngsizləşmələr baş verə bilər.