Gözəllik üçün üzlərini kəsirlər: Afrika qəbilələrini “vəhşi” olaraq, göstərən ənənə...

Müəllif: Diablo
Şərhlər: 3
Baxılıb: 2 186
Səs ver:
(səs: 0)
Dünyanın ikinci ən böyük  qitəsi olan Afrika həm də özündə coğrafi və mədəniyyət müxtəlifliyini birləşdirir. 

Afrikada yaşayan insanlar öz ənənələrinə sadiqdir və illərin keçməsinə, zamanın dəyişməsinə baxmayaraq, onları yaşatmağa çalışırlar. Hər bölgənin özünəməxsus adət-ənənələri var. Onlardan biri də üz nişanlarıdır.

Afrikada bəzi qəbilələrdə insanların üzlərini kəsici bir alətlə çərtərək, öz qəbilələrinə məxsus işarələr qoyurlar. Bu nişanlar sayəsində kimin hansı ailəyə, inanc və qəbiləyə aid olduğu anlaşılır.

Gözəllik və göstəriş üçün də bir vasitəyə çevrilən üz nişanları insanın aid olduğu inanc, qəbilə və ailəni göstərir.

Bəzi Afrika qəbilələri üz nişanlarını “kimlik kartını üstündə daşımaq”, “qürurun işarəsi” kimi görürlər.

Üzdəki bu kəsik və dərin yaralar uşaqlıqdan yetişkənliyə keçid olaraq da görülür. Bu ritualdan sonra uşaqlar qəbilə böyüklərinin arasına qatıla bilir və artıq yetişkən kimi qəbul olunurlar. Üzlərində açdıqları bu nişanlarla uşaqların öz ulu babaları ilə bütünləşdiyi düşünülür.

Qamba Daho üzlərindəki bu kəsikləri bəzi bitkilərlə təmizlədiklərini və yaraların sağalması üçün kömür qoyduqlarını bildirdi.

Bir çox insan öz üzlərinin yarılmasını istəmədikləri üçün bu ənənə artıq yox olmaq təhlükəsi ilə qarşı-qarşıyadır.

Bundan əlavə, istifadə olunan bıçaqların sterilizə olmaması və digər insanlar tərəfindən üzdəki çapıqların birmənalı qarşılanmaması bu adətin yox olmasına təkan verən səbəblərdəndir.

BBC-yə bununla bağlı açıqlama verən şəxs bildirib: “Üz nişanlarmız olduğu üçün insanların bizi vəhşi hesab etməsini istəmərəm. Şərt deyil ki, üzümüzü kəsək. Adət-ənənələrimizi başqa şəkildə də yaşada bilərik”.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 186
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri