Sızanaqlardan xilas olmaq üçün asan maskalar

Müəllif: AYCA
Şərhlər: 8
Baxılıb: 3702
Səs ver:
(səs: 4)
Dəridəki sızanaqlar insanı həmişə narahat edir və ən arzu edilməyən vaxtlarda peyda olur. Üzdə sızanaqlar müxtəlif səbəblərdən yarana bilər. Məsələn, çoxlu şirniyyat, şokolad yeməkdən və yaxud orqanizmdəki problemlərdən. Bunun nə qədər xoşagəlməz olduğu isə hamıya məlumdur. Ancaq bununla mübarizə aparmaq mümkünsüz deyil. Hər kəsin evdə edə biləcəyi asan üsularla da sızanaqlardan qurtulmaq olar.

Əvvəlcə ondan başlayaq ki, əlinizi üzünüzə mümkün qədər az vurun, üzünüzdə yaranan sızanaqlara toxunmayın. Çünki, bilməyərəkdən üzünüzə mikrob sala bilərsiniz.

Sızanaqlara qarşı hazırlanan maskalar:

- Yarım limon, 1 xörək qaşığı şəkər tozu götürürük. Sonra yarım limonun suyunu bir qaba sıxırıq. Daha sonra içərisinə şəkər tozu qataraq yaxşıca qarışdırırıq. Təmiz yuyulmuş üzünüzə, göz ətrafına diqqətlə çəkib,15 dəqiqə gözlədikdən sonra ilıq suyla üzünüzü yuyun.

- 3 tabletka aspirin, qaynadılmış və ya mineral qazsız su və 1 çay qaşığı bal götürürük. Sonra aspirini əzib su ilə pasta düzəldirik (1 damcı su bəs edər), 1 qaşıq balı da əlavə edib yaxşıca qarışdırırıq. Eyni qalınlıqda üz dərimizə və ya həmən sızanaq və ləkələr olan nayihəmizə çəkirik və 20 dəqiqə gözləyib ilıq su ilə yuyuruq.

- 4 damcı su ilə 2 tabletka aspirin qarışdırılır və 1 qaşıq qatıq əlavə edib dəriyə çəkirik və 20-30 dəqiqə saxlayıb ilıq su ilə yuyuruq.

- Sızanaq izlərindən qorunmanın ən yaxşı yolu dəri məsamələrini təmiz saxlamaq, sızanaq meydana gəlməsini azaltmaqdır. Zeytun yağı dəri məsamələrini çirkdən, yağdan təmizləyər və kiçilmələrini təmin edər. Zeytun yağını bir az isidib barmaq uclarınızla yüngülcə masaj edərək üzünüzə çəkin. Masajdan sonra ilıq suyla təmizləyə bilərsiniz.

- Bal həm dərini nəmləndirər, həm də sızanaq izləri üçün təbii bir maska olaraq istifadə edilə bilər. Ləkələrə çəkdikdən sonra 10-15 dəqiqə gözləyib, sonra ilıq suyla yuya biərsinız.

- Dərini yeniləyən, ləkələrin rənginin açılmasına köməkçi olan və iltihablı sahələri yatıran xiyarı dilimləyərək üzünüzə yerləşdirə bilərsiniz. 10-15 dəqiqə gözləməniz yetərli olacaq.

- Bir ədəd alma və 3 yemək qaşığı balı götürürük. Almanı dilimləyib üzərinə balı əlavə edirik. Sonra 15 dəqiqə üzdə gözlətdikdən sonra, ilıq su ilə yuyuruq. Ancaq maskaları həftədə 2 dəfədən artıq istifadə etmək olmaz. Arada fasilələr edib yenidən təkrarlamaq daha məsləhətlidi.
(səs: 4)
Şərhlər: 8
Baxılıb: 3702
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Ays
Limon suyu ilə sodadan və perekisdən istifadə edirəm
3 aprel 2020 21:30
8
Offline
Aniya
Balnan limon maskası çox yararlıdır
30 mart 2020 23:50
7
Offline
tatyana
Bu yaşa gelmişem üzümde birce defede olsun sızanaq olmayıb,hamıda olur, bilmirem men anormalam yoxsa ideal derim var))
Limonun suyuna şeker qatmadan silirem üzümü hemişe, balıda cekmişem
27 mart 2020 13:17
6
ALLAHIM VERDİYİN SEBRİME ŞÜKÜRLER OLSUN
Offline
Army_Blink
Sitat: _Tək_ İL_
Çox ehtiyacım var idi. Yaxşı ki gecdə olsa gördüm.

Mende ibdi görurem xeberi. Çox tewekkür mende bunun çaresini axtarirdim.
24 mart 2020 16:40
5
Offline
_Tək_ İL_
Çox ehtiyacım var idi. Yaxşı ki gecdə olsa gördüm.
23 mart 2020 10:10
4
Şirin
Offline
Miss
Menim uzumde yoxdu sukurler olsun
Amma qollarimda var((
Sirniyyat sokolad sevirem ve cox yeyirem ona gore mene qasinma verir sonra sizanaqlar yaranir
22 mart 2020 03:46
3
Offline
kivircik
Evveller uzumde chox olurdu yashla elaqedar.Bal ve limon maskasini etmishem,allergiyali hessas derim oldugu uchun sepdim,sinayanlar uchun effektiv olar inshAllah
2 mart 2020 15:41
2
Az shikayet,chox shukur- seni mutluluga goturur!
Offline
BARBI
Aspirin maskalari derini temizleyir.Cox effektlidi
1 mart 2020 21:05
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri