Soyuq havalarda qulluq nece olur?

Müəllif: Pure Love
Şərhlər: 0
Baxılıb: 3 131
Səs ver:
(səs: 0)

 

Dermatolog Buket Pəncə, soyuq hava ilə təmas edən dərimizin açıq bölgələrinin həssaslaşdığını və çatladığını ifadə edir. Ayrıca allergik kəslərdə yunlu, sintetik, dəri geyimlərə qarşı kontakt dermatitler qış aylarında daha sıx görülür.

Bu problemlərə maneə ola bilmək üçün dəri baxımında izlənilə biləcək addımlar bu şəkildə sıralana bilər.

Nəmləndirmə:

Üz və bədən dəri tipinə uyğun nəmləndiricilər (qliserin, vazelin, törə, laktik turşu, hyaluronik turşu ehtiva edənlər) hər duşdan sonra tətbiq olunmalı və quruluğa maneə olunacaq şəkildə nəmləndiricilər daha sıx sürtülməlidir.

Günəş qoruması:

Soyuq havalarda da günəş qoruması davam etdirilməlidir. Xüsusilə qarda yüksək yerlərdə günəşin təsiri artmaqdadır. Yağışlı havalarda belə günəş açdığında işığa həssas cildlər ən az 15 - 30 faktor sprey, krem və ya losyon formalarındakı qoruyuculardan istifadə etməlidirlər.

Dırnaq baxımı:

Dırnaqlar da soyuq havalarda daha çox qırılmaqda və incəlməkdədir. Əl kremləri, dırnaqları qorumaq üçün kafi olmamaqdadır. Bu səbəblə dırnaq qoruyucu kremlərin nizamlı istifadə edilməsinə diqqət yetirilməlidir.

Ayaq baxımı:

Soyuq günlərdə qalın corablar, bot, çəkmə içində uzun müddət qalan ayaqlara salisilik turşu və törə ehtiva edən krem və pomadlar nizamlı olaraq tətbiq olunmalıdır. Ayrıca göbələk öldürücü maddələrin sprey, pudra, köpük, krem şəklində tətbiq olunması, göbələk infeksiyalarına qarşı ayaqları qorumaqdadır.

Saç baxımı:

Saçları soyuq hava və ətraf çirkliliyindən qorumaq üçün yumşaq şampunlar və saç kremləri tətbiq olunması, saçları və dırnaqları gücləndirən biotin, sink, dəmir istifadə edilməsi qışda diqqət göstərilməsi lazım olan bir başqa mövzudur.

Bəslənmə:

Bəslənmə də dərini qorumaq üçün diqqət yetirilməsi lazım olan bir faktordur. A, C, E vitaminləri, sink, mis, dəmir, selenyum alışı yanında zəifləmə diyetlərinin şişirdilməməsi və yağ, karbonhidrat məhdudlaşdırmasının dozasında edilməsi əhəmiyyətlidir.

Tərcümə və Redaktə etdi: PURE LOVE

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 131
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri