Lazımlı və faydalı gözəllik məsləhətləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 4 556
Səs ver:
(səs: 0)

Yağlı saçlar üçün pudra istifadə edin:
Əgər saçlarınız yağlıdırsa, geniş uclu bir makiyaj fırçasını toz halında olan pudra içinə batırın. Fırçanın ucunda qalan pudranı azaltmaq üçün pudranın tüklərinə əlinizlə yüngülcə vurduqdan sonra pudranı saçınızın diblərinə sürtün. Pudra saçın dibindəki yağı əmərək saçın arasına qarışacaq və saçlarınız quru görünəcək.
Gözəl qoxunun gəlməsi üçün:

Saçlarınıza az miqdarda ətir püskürdün. Böyük dişləri olan bir daraqla saçlarınızın dibindən uclarına kimi darayın. Beləcə gün ərzində sizdən gözəl qoxu gələcək.
Dabanlar üçün vazelin:

Yatmazdan əvvəl dabanlarınıza vazelin sürtün. Daha sonra corab geyinin. Dabanlarınız səhərə kimi yumşalacaqlar.
Makiyajı təzələməyin praktik yolu:

Makyajınızı yeniləmək üçün vaxtınız yoxdursa, bir qulaq pambığını makiyaj təmizləmək üçün olan vasitəyə batıraraq makjayın ancaq dağılmış hissəsini yeniləyin.
Avakado ilə bədəninizin dərisini yumşaldın:
Təzə bir avokadonun çəyirdəyini çıxardıb qabıqlarını soyun və meyvəni bütün bədəninizə sürtün. Bunu 20 dəqiqə davam etdikdən sonra duşa girin. Avokado meyvəsi təbii bir nəmləndirici olduğu üçün dərinizin nə qədər yumuşaq olduğuna inanmaycaqsınız.
Darağınıza saç spreyi vurun:

Saçlarınızı qurutduqdan sonra darağınızın üzərinə bir az saç spreyi vurun və saçlarınızı darayın. Beləliklə, saçlarınız sərt olmadan həcmini və parlaqlığını qoruyacaq.
Bitki yağını əliniz üçün istifadə edin:

Dırnaqlarınızın kənarlarını ölü dərilərdən təmizləmək və qarşısını almaq üçün həmin hissələrə ərik yağı sürtün.
Göz qələminizi dondurun:
Göz qələminizin ucu istifadə edildikdə dağılırsa onu 15 dəq soyuducuya qoyun.
Sızanağınızın üzərinə diş məcunu sürtün:
Ancaq bir göy noxud böyüklüyündə istifadə edin. 15 dəq sonra üzünüzü yuyun. Diş pastası sızanağın yağını götürərək daha çox böyüməsinin qarşısını alır.
Qaşlarınızı diş fırçasıyla darayın:

Qaşlarınızı darayarkən nəmli bir qaş fırçasının üzərinə saç spreyi püskürdərək qaşlarınızı rahat düzəldib, formaya sala bilərsiniz.
Qolunuzun altına peeling:
Əgər qolunuzun altı quruyursa bunun üçün qolunuzun altını narın bir bədən peeling'i ilə yumşalda bilərsiniz.
Təbii saçlar üçün:

Saçlarınızı fen ilə deyil təbii yolla qurumasını gözləyin.
Yumurta ağıyla üzünüzü canlandırın:

Bunun üçün yumurtanın ağını dərinizə maska ​​şəklində sürtün. Daha sonra beş dəqiqə gözləyin və üzünüzü yuyun.

 

Redakte etdi: PRETTY GİRL

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 4 556
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri