Gözəllik üçün kokos yağından istifadə edin

Müəllif: my_angel
Şərhlər: 6
Baxılıb: 3378
Səs ver:
(səs: 1)
Kokos yağı insan orqanizm üçün faydalı olan bitki yağlarından biridir. Onun əsas sirri zəngin tərkibə malik olmasıdır. Kokos yağının tərkibində 50 faizə qədər laurin turşusu var. Həmin turşu çox yaxşı dezinfeksiyaedci maddə, təbii antibiotik sayılır, virusları və bakteriyaları məhv etmək gücünə malikdir. Digər bitki yağları duru formada olduğu halda kokos yağı bərk formada olur. İri doğranılmış kokos qırıntıları presləmə yolu ilə sıxılaraq yağı çıxardılır.

Ondan əsasən maskalar şəklində istifadə edirlər. Həkim-dermatoloq Solmaz Orucova deyib: "Kokos yağının qatılaşması onun təbiiliyini göstərir. İstifadə etmək üçün onu mütləq su hamamında əritmək lazımdır. 1 çay qaşığı soda 1 çay qaşığı kokos yağı ilə qarışdırılır, masaj xətləri boyu beş dəqiqə üzə masaj edilməsi qara nöqtələrdən azad edir, məsamələr daralır, dərinin rəngi açılır. Yağın tərkibində turşular və vitaminlər dəriyə xüsusi təravət verir, onun müdafiə qüvvəsini artırır".

Mütəxəssislərin dediyinə görə, səhərlər və yatmazdan əvvəl kokos yağını içmək orqanizmdə immuniteti artırır, həzm sisteminin işini normalaşdırır, xoş əhval-ruhiyyə yaradır. Bununla yanaşı gözəllik üçün kokos yağından istifadə etmək ən yaxşı vasitələrdən sayılır. Ev şəraitində ondan istifadə edilməsi səmərəli təsir göstərir.

Həkim-dermatoloq deyib: "Gözətrafı qırışlar üçün kokos yağı əvəzedilməz vasitədir. İltihab əleyhinə, akne, çivzə və səpgilər zamanı çox səmərəlidir. Ləkələrin aparılmasında da ondan istifadə etmək əlverişlidir. Kokos yağı saçqıranları aradan qaldırır və saçın uzanmasını sürətləndirir. Müxtəlif şampun və sabun, duş gelləri və balzamların hazırlanmasında da geniş istifadə edilir".
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3378
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 802
Xəbər sayı: 1
guzellik
Gozelisen gunun ozu YASA
11 oktyabr 2020 22:53
6
sade semimi merbandan kino medcezir
Şərh sayı: 230
Xəbər sayı: 0
Selena.
Məlumatımız üçün təşəkkür
5 oktyabr 2020 20:58
5
Şərh sayı: 328
Xəbər sayı: 0
Bal
Maraqlıdı tşk
5 oktyabr 2020 16:51
4
Şərh sayı: 81108
Xəbər sayı: 30
BARBI
Kokos yagi faydalidir.Deri ucun cox faydasi var
25 sentyabr 2020 22:47
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 1083
Xəbər sayı: 0
♡Tək Nur♡
Maraqlıdı təşəkkürlər
25 sentyabr 2020 21:50
2
Şərh sayı: 1448
Xəbər sayı: 0
♡iLK NUR♡
Hmmmm çox maraqlı məlumatdı
Təşəkkürlər
'
25 sentyabr 2020 18:46
1
⚘⚘⚘İlk Nur ⚘⚘⚘

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri