Peşəkarcasına makiyaj hiylələri

Müəllif: Diablo
Şərhlər: 3
Baxılıb: 3 684
Səs ver:
(səs: 0)
Peşəkar formada makiyaj etmək istəyirsən? Amma alınmır? O zaman bu dəfə Foxy paylaşdığı hiylələr məhz sənin üçündür.

Başlayaq fırçalardan. Fırçalar – makiyaj sahəsində qadınlar üçün çox gözəl, əlverişli və hətta qeyri-peşəkarlar üçün də çox yaxşı vasitədir. Bəs yaxşı fırçanı hansı kriteryalara görə seçmək lazımdır? Adətən, duru vasitələri sintetik xovlu fırçalarla, quru və tozvariləri isə təbii xovlu fırçalarla çəkmək daha məsləhətlidir. Və eyni zamanda sən əlinə yatımlı, üzünə uyğun fırçanı seçməyi bacarmalısan.

Eyni çalarlı və donuq dəriyə sahib olmaq üçün isə 4 addım keçməyin kifayətdir

1. Çaların bərabər şəkildə dəriyə yayılması üçün praymer (makiyaj əsas) istifadə et.
2. Fırça, süngər və ya barmaq uclarınla donuq tonal kremi üzünə çək. Praymeri düzgün seçmisənsə tonal kremi hansı üsulla çəkməyindən aslı olmayaraq o dərinə düzgün oturacaq.
3. Bronzloşdırıcı kirşanı almacıq sümüklərinin alt hissəsinə çək. Bu sümüklərinin daha incə görünməsinə səbəb olacaq.
4. T hissəni də kirşanla. Bu cürə makiyaj etsən o üzündə uzun müddət qalacaq və üzün parlamayacaq.

Düzgün qaş forması ilə baxışlarını daha cəlbedici etmək üçün isə sənə 3 addım lazımdır

1. Qələmini götür və onu üzünə şaquli istiqamətdə gözünün daxili bucağına doğru tut. Qələmin qaşlarınla kəsişdiyi hissə onun başlanğıc nöqtəsidir.
2. Sonra qələmi bəbəkdən çəpinə tut. Onun qaşla kəsişdiyi nöqtə bucaq üçün idealdır.
3. Və sonda isə qələmi gözün xarici bucağından çəpinə tut. Onun qaşla kəsişdiyi yerdə qaşlar bitməlidir.

Peşəkarcasına makiyaj edərək 3 addımda dodaqlarını daha dolğun və cəzbedici edə bilərsən. Bunun üçün sənə yalnız yaxşı qulluq, dodaq boyası və bir qədər də parıltı lazımdır.

1. Nəmli dodaqlar daha dolğun görünür. Ona görə də dodaqlarına yaxşı qulluq et. Həm də, istifadə etdiyin dodaq boyası nəmləndirici xüsusiyyətə malik olsa yaxşı olar.
2. Donuq yox, parlaq örtüklü dodaq boyalarına üstünlük ver. Nazik dodaqlar üçün daha açıq çalarlı dodaq boyaları məsləhətlidir.
3. Alt dodağının orta hissəsinə parıltı çək. Onda dodaqların daha iri görünəcək. Dodaq boyasını dodaqlarına tətbiq etdikdən sonra isə ondan 2-3 çalar açıq parıltı istifadə et.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 684
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri