Xanımlar makiyajsız necə gözəl görünsün?

Müəllif: Lalə B.
Şərhlər: 4
Baxılıb: 6 585
Səs ver:
(səs: 0)
Makiyajsız gözəl görünmək hər bir xanımın istəyidir.

Dərinizin gözəl və sağlam görünüşü üçün yatın

Makiyajsız da gözəl görünmək istəyən qadın yuxusuzluqdan əziyyət çəkməməlidir. Gündə 8 saat yatmaqla gözlərinizdəki tünd halqaları və şişkinliyi aradan qaldırmaq olar.

Soyuq suyun faydasını unutmayın

Soyuq su dəridə möhkəmləndirici və nəmləndirici təsir göstərir. Eyni zamanda göz ətrafınızdakı tünd ləkələrin və şişkinliklərin azalmasına kömək edir. Bundan əlavə, soyuq su ilə üzünüzü yuduqda günə daha enerjili və canlı başla bilərsiniz.

Həftədə bir dəfə də olsa nəmləndirici kremlərdən istifadə edin

Makiyajsız gözəl görünmək üçün dəriniz sağlam olmalıdır. Üzünüzü toniklə təmizləməli, həftədə ən azı bir dəfə nəmləndirici kremdən ​​istifadə etməlisiniz. Bunu etməsəniz, dəridəki məsamələriniz ləkə ilə tıxanacaq və dərinizin nəfəs ala bilməyəcək.

Su dərinizin ən vacib qida mənbəyidir

Su içmək dərinizi nəmləndirir və yumşaq edir. Su içdiyiniz zaman orqanizm zərərli toksinlərdən azad olur.

Qış aylarında da günəş kremlərindən istifadə edin

Yay, qış demədən günəş kremlərindən istifadə edin. Günəşin zərərli təsirləri dərinizi qocaldır. Günəş eynəyi və qoruyucu kremlərdən istifadə etməklə, gözətrafı qırışların əmələ gəlməsinin qarşısını alacaqsıznız.

Qaş və kirpiklərinizə diqqət etməyi unutmayın

Makiyajsız gözəl görünmək üçün qaş və kirpiklərinizə də dərinizə qədər qulluq etməlisiniz. Kirpik qıvrımı ilə təbii cəlbedici görünüşləri tuşsuz çəkə bilərsiniz. Qaşlarınızın həmişə baxımlı və üz şəklinizə görə forma verilməsinə əmin olmalısınız.

Saçlarınızın baxımlılığı ilə gözəlliyiniz tamamlanacaq

Bir qadının gözəlliyi saçları ilə tamamlanır. Bunun üçün dəriyə göstərdiyiniz qulluğu saçınıza da göstərərək makiyajsız möhtəşəm bir görünüşə sahib ola bilərsiniz.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 6 585
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri