Sızanaq izlərinə qarşı mübarizə üsulu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 15 647
Səs ver:
(səs: 1)

 

 

Makiyajdan yorulan dəriyə mango maskası

Sual: Makiyaj etməyi çox sevirəm. Hər gün makiyaj etdiyim üçün dərim mənfi təsirlər məruz qalır. Dərimi makiyajın bezdirici təsirlərindən qorumaq üçün faydalana biləcəyim maska varmı?

Cavab: İki xörək qaşığı mango suyu, iki xörək qaşığı çiyələk suyu, bir çay qaşığı vanil və yarım limonun suyunu qarışdırın. Bu qarışığın içinə bir az da buz atın. Makiyajınızı sildikdən sonra dərinizi bu qarışıqla silin. Bu xüsusi qarışıq dərinizin qidalanmasını və canlanmasını təmin edəcək. Dərinizə mərciməklə qulluq edin.

Sual: Dərim qabıq verir.

Məni narahat edən bu vəziyyətdən necə xilas olaram?

Cavab: İki xörək qaşığı üyüdülmüş düyü, gil, əl kremi və suyu, bir xörək qaşığı qırmızı mərciməklə qarışdırın. Bu qarışıqla dərinizə masaj tətbiq edin. Yuduqdan sonra dərinizi sıxılmış bir limonun qabığıyla ovun. Bu üsuldan hər gün faydalana bilərsiniz. Sızanaq izlərini yox edin

Sual: Bir müddətdir sızanaq problemi yaşayırdım.

Həkimin etdiyi müalicə sayəsində sızanaqlarım qurudu ancaq üzümün bəzi yerlərində qızartı şəklində sızanaq izləri qaldı. Bunları necə yox edə bilərəm?

Cavab: Bənövşəni bir qədər isti suda dəmləyib süzün. Hər gün üzünüzü bununla təmizləyib, səhər axşam təkrarlayın. Bir az gül yarpağı, cəfəri, yarım ədəd qabıqlı xiyarı robotdan keçirin. İki bildirçin yumurtası ağını əlavə edib qarışdırın. Bu kremi ləkələrə sürtüb masaj edin. 20 dəqiqə saxlayın və yuyun.

Redaktə etdi: PURE LOVE

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 15 647
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri